= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!.. = = = = = = =

= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!.. = = = = = = =
Qədim Borçalı mahalının əsrarəngiz
gözəl təbiətilə məşhur olan
Başkeçid (indiki Dmanisi) rayonundakı
Qızıl-kilsə kəndində
dünyaya göz açmış
Səlimov Mustafa Əmiraslan oğlu
nəinki doğma Qızıl-kilsədə,
eləcə də Başkeçiddə,
hətta bütün Borçalı ellərində -
Gürcüstanda və daha sonralar isə
Bakıda da böyük hörmət və
nufuz qazanmışdır.

Təəssüflər olsun ki, bu günlərdə
elimin-obamın dəyərli oğlu
Mustafa Əmiraslan oğlu Səlimov
vəfat etmiş, cəmi 10 gün sonra isə
bacısı Güllü Əmiraslan qızı
dünyasını dəyişmişdir.

Mustafa Əmiraslan oğlunun və
bacısı Güllü Əmiraslan qızının
vəfatından kədərləndiyimi bildirir,
onların ailə üzvlərinə, bütün yaxınlarına,
əzizlərinə və doğmalarına dərin hüznlə
başsağlığı verirəm.
Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..

Aşağıda Mustafaya həsr etdiyim şeiri oxucularımıza təqdim edirəm.


MUSTAFA


Yaxşıların naxışıydı,
Yaxşılardan yaxşıydı.
Ər igidlər başıydı,
Başkeçiddə xoş səfası,
Əmiraslanın Mustafası.

Xoş arzu, xoş diləkliydi,
Gen süfrəli çörəkliydi,
Dost-tanışlı, ürəkliydi,
Bu dünyanın yox vəfası,
Əmiraslanın Mustafası.

Qazanıbsan eldə hörmət,
Buta sənə dilər rəhmət.
Məzarın pir, yerin cənnət,
Olsun ay atam balası,
Əmiraslanın Mustafası.

Səadət BUTA,
"Şöhrət" ordenli şairə,
"Abdulla Şaiq" mükafatı laureatı.



DOSTULU MUSTAFA


Əmiraslan oğludu,
Qəlbi sevinc doludu,
Hörmətlidi - uludu,
O Dostulu Mustafa!

Səxavətin kanıdı,
Qohumların canıdı,
Kəndin şöhrət – şanıdı,
O Dostulu Mustafa!

Toyumuzda oynayıb,
Bulaq kimi qaynayıb,
Sağ-sola pul paylayıb,
O Dostulu Mustafa!

Bacarırdı hər işi,
Olmayıbdı təşvişi,
Eyləyib çox təftişi,
O Dostulu Mustafa!

Zirvələrdə dayanıb,
İladiyi hey anıb.
Çoxlu savab qazanıb,
O Dostulu Mustafa!

İladi Öməroğlu,
“Qızıl Qələm” mükafatı laureatı.



= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!.. = = = = = = = REDAKSİYADAN:

“Ziya” qəzetinin və
Zim.az saytının
Baş redaktoru
Müşfiq Borçalı

Mustafa Əmiraslan oğlunun

və bacısı
Güllü Əmiraslan qızının

vəfatından
kədərləndiyini bildirir,
mərhumların ailələrinə, bütün yaxınlarına,
əzizlərinə və doğmalarına dərin hüznlə
başsağlığı verir.
Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: