Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında...

Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında... Ulu Borçalımızın tanınmış ağalarından biri də
Ömər ağa
(Omar Hüseyn oğlu)
olub.


O, 1883-cü ildə Ulu Borçalımızın qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Yırqancay kəndində anadan olub.
1931-ci ildə sürgün edilib.
1932-ci ildə 49 yaşında sürgündə rəhmətə gedib.
Allah rəhmət eləsin!..
Ruhu şad olsun!...

Omar ağanın iki arvadı olub.
Birinci arvadı Fatmaxanım Qarabulaq qızı olub.
Məmməd kişinin qızı, Yekə Alının bacısı olub.

Omar ağanın Fatmaxanımdan
8 övladı olub:
Məhəmməd, Xədicə, Həmid, Tükəziban, Mahmud, Əhməd, Həcər və Xanpəri.

Omar ağanın ikinci arvadının adı Bənövşə olub.
Ondan Türkan adında bir qızı dünyaya göz açıb.
Hazırda Türkan xanımdan heç kim qalmayıb.

Oğlu Məhəmməd Omarov kəndin ilk hüquqşünası olub.

Digər oğlu Mahmud Omarov - Qori Seminariyasının məzunu olub.
Fillandiya döyüşndə itgin düşüb.

Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında... Digər oğlu Həmid Omarov - 1914-cü ildə anadan olub, Böyük Vətən Müharibəsində iştirak edib, 6 medalla təltif olunub.
Uzun müddət baytar həkimi işləyib.
Xeyirxah bir insan olub.
1989-cu ildə rəhmətə gedib.
Allah rəhmət eləsin!..
Ruhu şad olsun!...

Omar ağanın gəlini, oğlu Həmid Omarovun ömür-gün yoldaşı Tükəzban xanım elin-obanın xeyirxah xanımlarından olub.

Həmidlə Tükəzibanın da 8 övladları olub:
Ədil, Həcər, Hilal, Bənövşə, Nədir, Sabir, Sürəyya, Mahmud.

Ədilin oğlu, yəni Həmidin nəvəsi, Omar ağanın nəticəsi Zülfiqar Omarov - polkovnikdi, hazırda Rusiyada yaşayır.

Omar ağanın oğlu Həmidin qızı, yəni Omar ağanın nəvəsi Sürəyya xanım Əlixan Yoçuyevlə evlənib.
Onların Elza və Vidadi adlı iki övladları var.

Nəticəsi Vidadi Əlixan oğlu Yolçuyev - Ədliyyə nazirliyinin işçisidir.

Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında... Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında... Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında... Nəticəsi Elza Əlixan qızı Yolçuyeva -
kəndin ilk genetik alimidir,
biologiya üzrə fəlsəfə doktorudur.
Ali məktəblər üçün bir dərsliyin,
25-dən çox elmi məqalənin müəllifidir.
Omar ağa haqqında məlumatı da bizə elə
Elza xanım yazıb göndərib.


Biz də öz növbəmizdə
gənc və istedadlı alim,
hörmətli Elza xanıma təşəkkür edir,
Zim.Az-ın bütün yaradıcı heyəti
və çoxsaylı oxucuları adından
dərin minnətdarlığımızı bildirir,
eyni zamanda ona bundan sonra da
çətin və şərəfli elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!...


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: