ELOĞLU

ELOĞLU
Gözəl insan, qayğıkeş ata,
sədaqətli və istedadlı
qələm dostum Başkeçidli
Murtuz Fərhadoğluna


Eşidib sədanı yaman kövrəldim,
Baş əydim hər ötən günə, Eloğlu!
Könlünün sultanı danışıb Səndən,
Gətirdi imana, dinə, Eloğlu!

Boylandım Şindinin başı göründü,
Xəstə ürəyimin yaşı göründü.
Vüqarlı dağların daşı göründü,
Büründüm dumana, çənə, Eloğlu!

Getmir xəyalından Borçalı dərdin,
Namərdlər önündə sinəni gərdin.
Sevildi halalın, sevildi mərdin,
Meydanın gen olar yenə, Eloğlu!

Yaşımda heç belə təklənməmişdik,
Qayğı şələsinnən yüklənməmişdik.
Qəm üstə dillənib, köklənməmişdik,
Nə deyim başdakı dənə, Eloğlu!

Dinlə, ay Əlixan, dinlə sözümü,
Dinlə kamanımı, telli sazımı.
Yadlar çəkə bilməz ərki-nazımı,
Dərdimi söyləyim sənə, Eloğlu!

Əlixan YƏHYAOĞLU,
Bakı, Sabunçu xəstəxanası,
17.07.2003.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: