dünyaya göz açıb.
1969-cu ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib.
Elə həmin vaxtdan da doğulduğu kənddə müəllim işləyir.
Artıq neçə ildir ki, Yırğançay kənd orta məktəbinin direktoru vəzifəsində şərəflə çalışır.
Dəfələrlə Fəxri fərman və Təşəkkürnamələrlə
təltif olunub.
Şerləri və məqalələri müntəzəm olaraq dövri mətbuatda və almanaxlarda çap olunur.
Ailəlidir, dörd övladı var.
Aşağıda Aslan muəllimin bir neçə şeirini
oxucularımıza ərmağan edir, Ulu Tanrıdan ona
uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də pedaqoji fəaliyyətində və
bədii yaradıcılığında yeni-yeni
uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
ANA SEVGISI
Həyat başdan-başa sevgidir, ancaq,
Hər şeydən öncədir ana sevgisi.
Vətən də anadir halal insana,
Yaranandan keçir qana sevgisi.
Əlində var-dövlət ola, şirindir,
Dostlarin əbədi qala, şirindir,
Anadan olan tək bala şirindir,
Əbədi yeriyir cana sevgisi.
Aslan, ozan sazi mərdə çalibdir
Dünyani düşünmək mərdə qalibdir.
Məni bir çarəsiz dərdə salibdir,
Hələ ovlanmamiş sona sevgisi.
YARAŞMAZ
Zər qədrini zərgər bilər dünyada,
Qumar üçün zər, kişiyə yaraşmaz.
Arxadan danışmaq, quyruq bulamaq,
Papaq qoyan ər kişiyə yaraşmaz.
Mərd igidə arxa olar öz eli,
Saxlayaramı bünövrəsiz bənd seli?
Pələng nərildəsə titrədər kəli,
Nərə çəkmək boz pişiyə yaraşmaz.
Əzəlimiz sudu, sonumuz torpaq,
Bizdən hesab sorar bir quru yarpaq.
El-oba önündə dinib-danışmaq,
Aslan, bil, ki, hər kişiyə yaraşmaz.
YIRĞANÇAY
Zəmanənin dönüklüyü üzündən
Təklənib dağlarda qaldı Yırğançay.
Buradan başlayır ulu Borçalı,
Düşmənin gözündə dağdı Yırğançay.
Bir yanı Lorudu -yağıya verdik,
Bir yanı Əyriqar - zahıya verdik.
Bir yanı ormandı - barını dərdik,
Dağların qoynunda bardı Yırğançay.
Hər yandan görünür Noylunun dağı,
Köksündən qaynayır Orta bulağı,
Bakıdan, Gəncədən gəlir qonağı,
Eşidin, ay ellər, sağdı Yırğançay!
Aslana əzizdi torpağı, daşı,
Payızda küləyi, yazda yağışı,
Yayda cənnət olur dağların başı,
Uzun qışda bəyaz qardı Yırğançay.
«Şərqin səsi» qəzeti, 07 (203). Noyabr, 2007.
(Bax:Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid",
III cild, Bakı, 2015, səh.267-269)
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.