ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!... Borçalıda sayılıb-seçilən qabaqçıl müəllim, “Gürcüstan Respublikasının Maarif Əlaçısı”, “Baş müəllim” adına layiq görülmüş Vəliyev Vəli Alı oğlu 18 oktyabr 2017-ci ildə 81 yaşında Bakı şəhərində dünyasını dəyişmişdir.
O, 1936-cı ildə Borçalıda Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. Vəliyev Vəli Alı oğlu Bolnisi rayonunun Yuxarı Güləver kəndində 1944-cü ildə I sinfə getmişdir. 8-illik məktəbi Aşağı Güləverdə, 1955-ci ildə Darvaz orta məktəbini bitirmiş və həmin ildə A.S.Puşkin adına Tiflis Dövlət Pedoqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur.1960-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitir-mişdir. 1960-cı ilini sentyabrından 2005-ci ilin iyunun 1-nə kimi Ormeşən orta məktəbində Azərbaycan dili, ədəbiyyat və tatix fənnlərini tədris etmişdir. Vəli Alı oğlu Vəliyev “Sosializm yarışı qalibi” döş nişanı ilə təltif edilmişdir. “Gürcüstan Respublikasının Maarif Əlaçısı”, “Baş müəllim” fəxri adlarına layiq görülmüşdür. Vəli müəllimin Ormeşən kəndində ziyalıların, mütəxəsisslərin yetişdirilməsində böyük əməyi olmuşdur. Həmidə o, müdrik ağsaqqal olmaqla bərabər, vətənpərvər, Xalqını-Elini sevər olmuşdur. Vəli müəllim dünyasını dəyişməsinə baxmayaraq onun əziz xatirəsi onu tanıyan və sevən insanların qəlbində əbədi olaraq yaşayacaqdır. Allah ona qəni-qəni rəhmət eləsin, ruhu şad olsun!

Bütün Ormeşən kənd sakinləri və ziyalıları Vəli müəllimin vəfatından kədərləndiklərini bildirir və mərhumun bütün yaxınlarına, xüsusilə də oğulları Üzeyir, Qafqaz, Rasim və qızları Nüşabə xanıma, Anaxanım xanıma dərin hüznlə başsağlığı verirlər.

Əlləz Vəliyev(Ormeşənli)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
"Şərqin səsi" qəzetinin şöbə müdiri.


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: