DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..

DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..TƏBRİK EDİRİK!..

Sentyabrın 10-u dəyərli eloglumuz -
Kikboks üzrə Dünya çempionu,
Boks üzrə idman ustası,
Kikboks üzrə Əməkdar idman ustası,
Boks üzrə əməkdar məşqçi
Rəhim Allahverdiyevin doğum günüdür!..


Rəhim Allahverən oğlu Allahverdiyev - 1976-cı il sentyabrın 10-da qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Məmişli kəndində anadan olub.
İlk təhsilnə 1983-cü ildə Məmişli kənd orta məktəbində başlayıb və 1993-cü ildə Bakıda 1 saylı Fizika Riyaziyyat və informatika təmayülü litseyində orta təhsilini əla qiymətlərlə bitirib.
1993-cü ildə Azərbaycan Dövlət Iqtisad Universitetinin “İnformatika və idarəetmə” fakultəsinə daxil olub və 1997-ci ildə həmin təhsil ocağını əla qiymətlərlə başa vurub. Hazırda 2-ci ali təhsilini Azərbaycan Dövlət Bədən tərbiyyəsi və İdman Akademiyasının tək mübarizəçilik fakultəsində boks ixtisası üzrə davam etdirir.

Rəhim Allahverdiyev
- 1993-cü ildən Bakıda boks idman növü ilə məşğul olmaga başlamış və sonra 1997-ci ildən 2000-ci ilədək boks kariyerasını Russiya fedarasiyasında davam etdirib boks üzrə respublika və bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub.
Bütün qazandığı uğurlarına görə boks üzrə idman ustası adına layiq görülüb.
Rəhim Allahverdiyev boksla yanaşı kikboks idman növü ilə də məşğul olub.
2000-ci ildən 2008 -ci ilədək Azərbaycan milli yığma komandasının tərkibində dəfələrlə Azərbaycan çempionu, dünya, avropa və beynəlxalg turnirlərin qalibi və mükafatçısı olub.
2002-ci ildə Yunanıstanda dünya üçüncüsü,
2004-cü ildə Italiyada dünya ikincisi,
2005-ci ildə kişilər arası kikboksing üzrə Azərbaycan çempionu,
2006-cı ildə Moskvada peşəkarlararası interkontinental kəmərin sahibi,
2008 -ci ildə Kipirdə dünya çempionatında qızıl medal qazanarag dünya çempionu olub.
Bütün bu uğurlarına görə Rəhim Allahverdiyev kikboks idman növü üzrə Əməkdar idman ustası adına layiq görülüb.

Rəhim Allahverdiyev öz kariyerası ilə bərabər 2000-ci ildən Qızıl əlcək idman klubunda boks və kikboks idman növləri üzrə baş məşqçi vəzifəsində fəaliyyətə başlayıb.
2007-ci ildən kikboks üzrə gənclərdən ibarət Azərbaycan milli yığma komandasının baş məşgçisi kimi çalışmağa başlayıb.

Məşgçi kimi fəaliyyətə başladıkdan sonra qısa zaman ərzində yetirmələri Azərbaycan və dünya arenalarında böyük ugurlara imza atiblar.
2008-ci il Italiya,
Kikboks WAKO versiyası üzrə gənclər və yeniyetmələrin dünya çempionatı: Şaban Şahpələngov qızıl, Elçin Bayramov qızıl, Vaqif Bəhlulzadə, Məhəmməd Nəsirov, Kamran Orucov və Zaur Ramazanov bürünc medallar qazanıblar.
2009-cu il Xorvatiya.
Kikboks WAKO versiyası üzrə gənclər və yeniyetmələrin avropa çempionatı: Şaban Şahpələngov qızıl, Elçin Bayramov gümüş, Şakir Xəlilov, Məhəmməd Nəsirov və Kamran Orucov bürünc medallar qazanıblar.
2010-cu il Bakı.
Kikboks WAKO versiyası üzrə kişilərin avropa çempionatı: Elçin Bayramov qızıl medal.
2010-cu il Bakı.
Boks üzrə gənclərin dünya çempionatı: Şaban Şahpələngov qızıl medal qazanmış və gənclərin 2010-cu ildə Sinqapurda keçirləcək ilk olimpia oyunlarına vəsiqə qazanmış.
2010-cu ildə dünya həvəskar boks asosasiyası (AIBA) tərəfindən Qazaxstanda keçrilən konfransda Şaban Şahpələngov planetin ən gənc və ən güclü boksçusu seçilib.
2011-ci il Italiya.
Kikboks WAKO versiyası üzrə gənclərin avropa çempionatı: Zaur Ramazanov qızıl, Kamran Orucov qızıl, Rauf Əmirbəyov gümüş, Nicat Rəhimov gümüş, Məhəmməd Nəsirov və Ismayıl Əliyev bürünc medallar qazanıblar.
2012-ci il Slovakiya.
Kikboks WAKO versiyası üzrə dünya çempionatı: Rəhim Əliyev gümüş, Sərxan Əsgərov bürünc medal qazanıblar.
2012-ci il Bakı.
Boks üzrə Tələbələrin dünya çempionatı: Şaban Şahpələngov qızıl medal.
2013-cü il Russiya.
Boks üzrə dünya kombat oyunları: Elnur Suleymanov gümüş medal.
2015-ci il Bolqarıstan. Kikboks WAKO versiyası üzrə dünya kuboku: Ruslan Əliyev qızıl medal.
2016-cı il Rio olimpia oyunları: Boks üzrə Kamran Şahsuvarlı bürünc medal.
2016-cı il Bakı:
Rəhim Əliyev kikboks üzrə AFSO interkontinental dünya kəmərnin qalibi.
2018-ci il Italiya.
Boks üzrə gənclərin avropa çempionatı: Nicat Həsənov gümüş medal qazanarag 2018-ci ilin oktyabr ayında Argentinada keçriləcək gənclərin 3 cü olimpia oyunlarına lesenziya qazanıb.

Rəhim Allahverdiyev boks və kikboks idman növləri üzrə onlarla Azərbaycan çempionu və beynəlxalg turnirlərin qalibləri yetişdirib.
İdmanda qazandıgı uğurlarına və xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Allahverdiyev Rəhim Allahverən oğlu Azərbaycan Respublikasının fəxri vətəndaşı adına layig görülüb.

Məşgçi kimi göstərdiyi nəticələrinə görə 2011-ci ildə boks üzrə Azərbaycan Respublikasının əməkdar məşgçisi adına layiq görülüb.

2013-cü ildə Qazaxstanın Astana şəhərində dünya boks asosasiyası AIBA tərəfindən Beynəlxalg dərəcəli 3 ulduz məşgçi sertifikatına laig görülüb.

Rəhim Allahverdiyev ailəlidir, iki oğul övladı var.

Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın bütün yaradıcı heyəti adından
dəyərli eloğlumuz Rəhim Allahverdiyevi doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm can sağlıgı və şərəfli idman fəaliyyətində daha böyük uğurlar əldə etməyi azulayırıq!...


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: