SOYDAŞIMIZ İJEVSK ŞƏHƏR DUMASINA DEPUTAT SEÇİLİB

SOYDAŞIMIZ İJEVSK ŞƏHƏR DUMASINA DEPUTAT SEÇİLİBTƏBRİK EDİRİK!..

Əslən qədim Borçalının
Başkeçid rayonundakı
Orməşən kəndindən olan dəyərli soydaşımız
Bəhruz Əli oğlu Hümbətov
Rusiya Federasiyasının
İjevski şəhər dumasına
deputat seçilib.

Onu bu münasibətilə
öz adımdan, eləcə də
bütün ormeşənlilər və
borçalılılar adından
ürəkdən təbrik edir
və ona işlərində
yeni-yeni uğurlar
arzulayırıq!..


Hörmətlə,
Gündüz Qaralov.



SOYDAŞIMIZ İJEVSK ŞƏHƏR DUMASINA DEPUTAT SEÇİLİBREDAKSİYADAN:

Xatırladırıq ki,
Bəhruz Əli oğlu Hümbətov - 1978-ci il noyabrın 26-da qədim Borçalı mahalının Başkeçid rayonundakı (indiki Gürcüstanın Dmanisi rayonundakı) Ormeşən kəndində anadan olub.
Ali təhsillidir. Udmurt Dövlət Universitetinin Hüquq, Sosial İdarəetmə və Təhlükəsizlik İnstitutundan hüquq fəlsəfəsi üzrə magistr dərəcəsini bitirib.

Artıq on ildir ki, ictimai-siyasi fəaliyyətlə məşquldur.

2008-ci ildən indiyədək - "Vahid Rusiya" (rus. Единая Россия) Partiyasının üzvüdür.

2008-ci ildən - 2011-ci ilədək - Udmurtiya "Dostluq" İctimai Mərkəzinin regional ictimai təşkilatının sədri və Udmurt Respublikasında Federal Miqrasiya Xidməti İdarəsinin İctimai Məsləhət Şurasının üzvü olub.

2016-cı ildən indiyədək - Daxili İşlər Nazirliyi yanında Udmurt Respublikasının İctimai Şurasının üzvüdür.

2018-ci ildə Rusiyada Azərbaycan Təşkilatları İttifaqının Federal Şurasının və Rusiyada, Moskvada azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyətinin üzvü seçilib.

2018-ci ildən İjevsk şəhər Dumasının deputatıdır.

Dəyərli soydaşımız Bəhruz Hümbətova biz də yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: