Bu gün ZAKİR QARALOVun AD günüdür!..

Bu gün ZAKİR QARALOVun AD günüdür!..
TƏBRİK EDİRİK!..
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru,
I dərəcəli dövlət ədliyyə müşaviri
Zakir Qaralovun Ad günüdür.
Çox hörmətli cənab Zakiq Qaralovu
bu münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
bundan sonra da şəxsi həyatında
və eləcə də, çətin və
şərəfli dövlət və­zifəsində
yeni-yeni uğular arzulayırıq!

Hörmətlə, Müşfiq BORÇALI,
ZiM.Az


ZAKİR BƏKİR OĞLU QARALOV
Azərbaycan Respublikasının Baş prokuroru,
I dərəcəli dövlət ədliyyə müşaviri
(1956)

Xatırladırıq ki, Zakir Bəkir Oğlu Qaralov 1956-cı il yanvarın 13-də
qə­dim Borçalı mahalının Başkeçid rayonunda - indiki Gür­cüstan Respublikasının
Dma­­nisi rayo­nundakı Ormeşən kən­dində, Ormeşən elinin fəxri
Bəkir Səməd oğlu Qaralovun ailə­sində anadan olmuşdur.

1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakül­tə­sini bitirdikdən sonra
prokurorluq orqanlarına işə qəbul edil­mişdir.

1981-ci ilədək bakı şəhəri Səbail rayon prokurorunun kö­mək­çisi vəzifəsində çalışmışdır.
1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şö­bəsinin prokuroru, böyük prokuroru,
Bakı şəhəri Nəsimi ra­­yon prokurorunun müavini, Nəsimi rayon prokuroru,
Baş Proku­rorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nə­zarət şöbə­sinin,
Ümumi nəzarət idarəsinin prokuroru və bö­yük prokuroru,
Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir.

Zakir Bəkir Oğlu Qaralov 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur.
I dərəcəli dövlət ədliyyə müşaviri ali xü­susi rüt­bəsindədir.
Beynəlxalq Prokurorlar Assosiasiya­sının üz­vü­dür.

Zakir Qaralov hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə
Azərbaycan Respublikası Pre­zidenti tərəfindən
26 dekabr 1995-ci ildə “İgidliyə görə” medalı ilə,
29 sentyabr 2006-cı ildə “Azərbaycan Bayrağı” ordeni ilə,
13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə
təltif edil­mişdir.

Ailəlidir, iki övladı var.

(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. Bakı, "Borçalı", 2016, səh. 89-90)

Nəhayət, Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovu
doğum münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bundan sonra da
şəxsi həyatında və eləcə də çətin və şərəfli dövlət və­zifəsində yeni-yeni uğular arzulayırıq!


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: