Dəyərli eloğlumuz Gömrük polkovniki Səməd Qaralov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Dəyərli eloğlumuz Gömrük polkovniki Səməd Qaralov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
TƏBRİK EDİRİK!..

SƏMƏD QARALOV
(1960)


Səməd Əsəd oğlu Qaralov - 1960-cı ildə qədim Borçalı mahalının Baş­ke­çi­d (indiki Gürcüstanın Dmanisi) rayonundakı Or­­­­­meşən kəndində anadan ol­ub.
1977-ci ildə Ormeşən kənd orta məktəbini
əla qiymətlərlə bitirib.
1982-ci ildə Azər­­­bay­can Neft və Kimya İnstitu­tunun
(in­diki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakültə­si­nin «Tət­biqi riya­ziyyat» ixti­sa­sını fərq­lənmə diplomu ilə bitirib.
1982-1984-cü illərdə SSRİ si­lahlı qüvvələrində zabit kimi - əvvəlcə leytenant, sonra baş leytenant rütbə­sin­də xidmət edib.
1985-1991-ci illərdə Başkeçiddə - indiki Gürcüstan Respublikasının Dmanisi Rayon İcra Hakimiyyətində Dmanisi rayonu Mülki-Müdafiə qərargahının rəisi vəzifəsində çalışıb.
1991-1998-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (in­diki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Neft-qaz mədən geologiyası" kafedrasında baş müəl­­lim işləyib.
1998-ci ildən Azərbaycan Dövlət Gömrük Komitəsində ça­lı­şır.
O, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Maliyyə və Tarif şöbəsinin böyük inspektoru kimi fəaliyyətə başlayıb.
2000 – 2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Ticarət Dövriyyəsində Yüklərə Nəzarət şöbəsinin əvvəlcə böyük və sonra baş inspektoru;
2009 – 2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Ticarət Dövriyyəsində Yüklərə Nəzarət şöbəsinin rəisi;
2015-2018-ci illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
2018-ci ilin 6 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Gömrük Polkovnikidir.

Səməd Qaralov 2001-2004-cü illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi müddət ərzin­də eyni zamanda Rusiyanın Moskva Dövlət Gömrük Aka­de­miyasında qiyabi təhsil al­­mış, Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş və Akademiyanın rəisinin əmri ilə onun adı Aka­de­miyanın fəxri məzunu kimi Akademiyanın fəxri kitabına daxil edilmişdir.

2004-cü ildə Moskva Dövlət Gömrük Akade­mi­yasında, "Risk faktorlarını nəzərə almaqla Azərbaycan gömrük xidmətində idarə etmənin təkmilləşdirilməsi" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri na­mizədi elmi dərəcəsi almışdır.
20-dən çox elmi məqalənin müəllifidir.
Bir çox elmi seminarlarda və konfranslarda olmuş və elmi məruzələri ilə çıxış etmişdir.

O, Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC), Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinə (TRASEKA) aid layihənin, İqtisadi Əməkdaşlıq Təşkilatının (İCO) eksperti olmuşdur.

Səməd Qaralovun bir oğul və bir qızı var.
Oğlu - Əhəd Sə­məd oğlu Azərbaycan Dövlət İq­ti­sad Universitetini,
qızı - Günel Sə­­məd qızı isə Azərbaycan Dövlət Tibb Universi­teti­ni bi­tirib.

Səməd Əsəd oğlu Qaralov - 24 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə, 25 may 2012-ci il tarixdə Komitə Sədrinin müvafıq əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 30 yanvar 2017-ci il tarixdə Komitə Sədrinin müvafıq əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

Bu günlərdə isə, daha dəqiq desək, 2019-cu il yanvarın 29-da Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin sərəncamına əsasən "Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə"
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif ediliblər.
Çox sevindirici haldır ki, həmin təltif olunanlar arasında bizim dəyərli eloğlumuz
Gömrük polkovniki Səməd Qaralovun da adı var.
O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bu münasibətlə Gömrük polkovniki Səməd Qaralovu ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və şərəfli əmək fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: