Ulu Borçalımızın qədim və gözəl Başkeçid elində,
indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı
Qızıl-Kilsə kəndində anadan olmuşdur.
1962-ci ildə Dmanisi rayonunun 1 saylı rus orta məktəbinin
I sinfinə daxil olmuş, 1973-cü ildə isə həmin məktəbi
müvəffəqiyyətlə bitirmişdir.
1974-cü ildə Donetsk Ali Siyasi Hərbi məktəbinə daxil olmuş və 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə Akademiyanı bitirmişdir.
1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
1990-1991-ci illərdə motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır.
Mehman Səlimov 1992-ci ildə Bakıya qayıtmış, Azərbaycan Silahlı qüvvələrinə könüllü daxil olmuşdur.
1992-ci ilin 26 yanvarından sentyabr ayına qədər müdafiə nazirinin köməkçisi - şəxsi heyyətlə iş idarəsinin rəisi vəzifəsində xidmət etmişdir.
15 sentyabr 1992-ci ildən mart ayına qədər döyüş zonasına ezam olmuş və hərbi hissəyə komandanlıq edərək Ağdərə-Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 1993-cü ilin mart ayından 1993-cü ilin noyabr ayına qədər Azərbaycan Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işləmişdir. 1994-cü ilin yanvar ayından 172 saylı hərbi hissə komandirinin şəxsi heyyəti üzrə müavini vəzifəsinə təyin olunmuşdur, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak etmişdir. 1995-ci il 22 martdan-1995-ci il 26 aprelə qədər Müdafiə Nazirliyinin şəxsi heyyətlə iş idarəsinin rəis müavini olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 1995-ci il iyun ayında Müdafiə Nazirinin müavini,
hərbi siyasi idarəsinin rəisi təyin edilmişdir və 1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar
Azərbaycan ordusundan tərxis olunmuşdur. Hal-hazırda hərbi təqaüdçüdür.
1994-cü il 5 oktyabrda Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gəncə şəhərində
Dövlət çevrilişi cəhdinin qarşısının alınmasında rəhbərlik etdiyinə görə
“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
1995-ci il mart hadisələrinin qarşısının alınmasında fəal iştirak etdiyinə görə vaxtından əvvəl
Polkovnik hərbi rütbəsi ilə təltif olunmuşdur.
O, Müdafiə Nazirinin müavini vəzifəsində xidmət edərkən müdafiə nazirliyinin mətbuat xidmətinə
və “Azərbaycan Ordusu” qəzetinə rəhbərlik etmişdir.
1999-cu il sentyabr ayından ehtiyatda olan zabitlərin konfederasiyasına üzv olmuş,
2000-ci ilin dekabr ayından Ehtiyatda olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlıq İctimai Birliyinin
sədri seçilmiş və 2001-ci ilin mart ayından Qeyri-Hökumət Təşkilat Forumunun üzvü qəbul edilmişdir.
Mehman Səlimov 2000-ci ilin yanvar ayından “Az-Media” analitik informasiya agentliyinin direktoru vəzifəsində çalışmışdır.
Biz də polkovnik Mehman Səlimova uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
Bax:
Müşfiq BORÇALI. "Borçalı ensiklopediyası",
3-cü cild. Borçalı Ulduzları. B. 2001, səh.153;
Müşfiq BORÇALI. "Sazlı-sözlü Başkeçid".
2-ci cild, B., 2015, səh. 133-135
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.