
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
29 iyun 2018-ci il tarixli Sərəncamı ilə
Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə,
qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə
təltif olunanlar arasında
əslən qədim Borçalı mahalının Başkeçid rayonundan olan
dəyərli eloğlumuz, Bərdə rayon Polis şöbəsinin rəisi,
polis polkovniki İlqar Paşa oğlu Məmmədovun da adı var.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
dəyərli eloğlumuz, Bərdə rayon Polis şöbəsinin rəisi,
polis polkovniki İlqar Məmmədovu ürəkdən təbrik edir
və ona şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.