Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950) Musa Əlləz oğlu Musayev - 25 iyun 1950-ci ildə qədim Başkeçiddə, indiki Gürcüstan Res­­publikasının Dma­nisi rayonundakı Şah­­­­marlı kəndində anadan olub.
O, Şahmarlı ibtidai (1957) Qəmərli səkkizillik məktə­bini (1964), Azərbaycan Respublikasının Qazax şəhərində kənd təsərrüfatı texnikumunun baytarlıq fakültəsini (1968), Leninqrad Hərbi Tibb Akademiyasının müalicə-profilaktika fakültəsini (1972-1978) bitirib.
Xəzər Hərbi Dəniz Donanmasında Suüstü Gəmilər di­vi­ziyasında divizion həkimi (1978-1983), Xəzər donan­ma­sında desant gəmilər briqadasında flaqman həkimi (1983-1885), sonra cərrah-həkim (1985-1990), Xəzər do­nanma­sının Hərbi dəniz xəstəxanasında baş həkim (1990-1992) vəzifələrində şərəflə xidmət edib.
O, 1992-ci ildən Azərbaycan Res­publikası Hərbi Də­niz Qüvvələri tibb xidməti rəisi və­zi­fəsində xidmətini davam etdirib. 1994 və 1995-ci illərdə iki dəfə ali səhiyyə təşki­lat­çısı fəxri adına layiq görülüb. Xid­mətlərinə görə bir ne­çə medal və Fəxri Fərmanla təltif olunubdur.

ZiM.Az

(Bax: Müşfiq Borçalı. BORÇALI ULDUZLARI.
“Borçalı Ensiklopediyası”. 8 cilddə. 3-cü cild.
Bakı, 2001, səh.135-136.
Müşfiq Borçalı. Sazlı-sözlü Başkeçid. Bakı, 2015,
3 cilddə. 2-cü cild. səh. 117.)




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: