ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994) Akif Eyvaz oğlu Mustafayev - 02.01.1975-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Başkeçid (indiki Dmanisi) rayonundakı Yırğancay kəndində anadan olub.
1982-ci ildə Yırğançay kənd orta məktəbinin 1-ci sinifinə daxil olub.

1988-ci ildə Borçalıda baş vermiş məlum hadisələrdən sonra Akifin ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçüblər.
Elə buna görə də, Akif orta təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə davam etdirib.

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994) 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin səsinə səs verən Akif Mustafayev 14 iyulda həqiqi hərbi xidmətə yolanıb.
1993-cü ilin oktyabrından Füzuli rayonunun Əhmədbəyli, Kərimbəyli, Qaraxanbəyli kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub.
1994-cü il yanvarın 12-də Fizuli rayonunun Alixanbəyli kəndi uğrunda gedən döyüşlərdə alınından aldığı güllə yarasınından qəhrəmancasına Şəhid olub.
Şəhid Akif Mustafayev Bakının Sabunçu rayonundakı Bakıxanov qəsəbəsində salınmış Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin şərəfinə fəxri qarovul dəstəsi düzülüb və yaylım atəşi açılıb.
Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən AKİF MUSTAFAYEV küçəsi şəhidin adını daşıyır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRƏ RƏHMƏT ETSİN...

Abzər Mahmudsoy,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: