Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib
ALLAH RƏHMƏT ELƏSİN!..

Bu günlərdə Qədim Borçalı mahalında yaşayan
dəyərli soydaşımız, elimizin-obamızın sevimlisi,
vətənpərvərliyi, yurdsevərliyi və xeyirxahlığı ilə
bütün hamının böyük hörmət, məhəbbət
və rəğbətini qazanmış, tanınmış mətbuat təəssübkeşi,
çox hörmətli iş adamı, "Borçalı" nəşriyyatının,
"Şərqin səsi" və "Elm və təhsil" qəzetlərinin,
"ZiM.Az" və "Zirve.info" saytlarının
redaksiya heyətlərinin Fəxri üzvü
və Gürcüstan nümayəndəliyinin rəhbəri,
"ZİRVƏ" Mükafatı laureatı,
çox hörmətli Bəsti xanım Məmmədovaya
ağır itki üz vermişdir.

Onun əziz qardaşı - tanınmış xeyriyyəçi
Başkeçidli Səlahəddin Məmmədov
30 avqust 2020-ci ildə vaxtsız vəfat etmişdir.


Salahəddin Qara oğlu Məmmədov - 1964-cü ildə qədim Borçalı mahalının Başkeçid rayonunda, indiki Gürcüstanın Dmanisi rayonunda dünyaya göz açmışdır.
1971-ci ildə Başkeçiddəki rus orta məktəbinin 1-ci sinfinə
daxil olmuş, 1981-ci ildə 10-cu sinifi bitirib hərbi xidmətə
yola düşmüşdür.
1983-cü ildə Hərbi xidmət borcunu o vaxtlar SSRİ-nin Almanyadakı hərbi hissələrindən birində başa vurub doğma vətənə qayıtmışdır.
Azərbaycan Milli Aerokosmik Agentliyi və Rusiya Dövlət Ali Aviasiya məktəbi nəzdində Beynalxalq Tədbiqi Kosmonavtika İnstitutunda təhsilini davam etdirmişdir.
Azərbaycan Dəmir Yollarında stansiya rəisi vəzifəsində çalışmışdır.
2004-cü ildə Bakı Beynalxalq Avtovağzalında aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuş və uzun müddət həmin vəzifədə işləmişdir.
Səlahəddin Məmmədov eyni zamanda xeyriyyəçilik işləri ilə də məşğul olmuş, doğulub, boya-başa çatdığı Başkeçiddə (indiki Dmanisi rayonunda) abadlıq işləri aparmış, bir neçə bulağı bərpa etdirmişdir. Həmin bulaqlardan biri də şəhərin mərkəzində olan Şir bulağıdır.
Səlahəddin Məmmədov doğma ata-baba yurdu Şindilər kəndində də yeni bir bulaq tikdirmişdir.
Hələ neçə-neçə arzuları, planları var idi...
Ömür vəfa etsəydi...
Ailəli idi. 3 uşağı var...

Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib Biz də dəyərli həmkarımız, çox hörmətli
Bəsti xanım Məmmədovaya,
əziz qardaşı Səlahəddin Məmmədovun
vaxtsız vəfatından kədərləndiyimizi bildirir,
mərhumun ailəsinə, doğmalarına, əzizlərinə
və bütün yaxınlarına dərin hüznlə
başsağlığı veririk.

ALLAH RƏHMƏT ELƏSİN...

RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN...


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: