qədim Borçalı mahalının Başkeçid rayonunda
(indiki Gürcüstan Respublikasının Dmanisi rayonunda)
müəllim ailəsində anadan olub.
Atası - Məmmədov Xazeyin Ağakişi oğlu -
1939-cu ildə anadan olub, tarix müəllimidir.
Anası – Məmmədova Dilruba Yunis qızı -
1951-ci ildə anadan olub, dil-ədəbiyyət müəllimidir.
Natiq Məmmədov ilk təhsilini 1980-cı ildə Başkeçiddə
(indiki Dmanisi rayonundakı) bir saylı rus orta məktəbində başlayıb.
1989-cu ildə Borçalıda baş vermiş
məlum milli ayrı-seçkilik olaylarından sonra,
burada yaşayan azərbaycanlılara qarşı yönəlmiş
təqib və təzyiqlər daha da çoxalıb,
rayon mərkəzində çalışan yüzlərlə soydaşımız
heç bir səbəb göstərilmədən işdən azad olunub,
Başkeçid (indiki Dmanisi) şəhərində (eləcə də,
qonşu Bolnisi və Kazreti şəhərlərində) yaşayan
minlərlə soydaşımız Azərbaycana köçməyə
məcbur ediliblər.
Başkeçiddə yaşayan soydaşlarımız bax beləcə pərən-pərən olublar, öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıblar.
Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutub, kimisi Ukraynaya, kimisi Orta Asiya respublikalarına.
Xazeyin Məmmədovun ailəsi isə Azərbaycan Respublikasının Gəncə şəhərinə pənah gətiriblər.
Elə buna görə də Natiq Məmmədov təhsilini Gəncə şəhərində 31 saylı orta məktəbdə davam etdirib və həmin məktəbi 1990-cı ildə qızıl medalla bitirib, sənədlərimi Ukrayna SSR Qırmızı Əmək bayrağı ordenli F.E.Dzerjinski adına Xarkov Hüquq İnstitutuna (əyani şöbə) verib və qəbul olunub.
1995-ci ildə Ukrayna Respublikasının Qırmızı əmək bayrağı ordenli F.E.Dzerjinski adına Ukrayna Dövlət Hüquq Akademiyasını (Prokurorluğ-İstintaq fakültəsi № 2) hüquqşünaslıq ixtisası üzrə bitirib (Ukrayna Respublikasının Nazirlər Şurasının qərarı ilə Ukrayna SSR Qırmızı əmək bayrağı ordenli F.E.Dzerjinski adına Xarkov Hüquq İnstitutuna, Ukrayna Respublikasının Qırmızı əmək bayrağı ordenli F.E.Dzerjinski adına Ukrayna Dövlət Hüquq Akademiyası statusu verilmişdir).
1996-cı ildən 1998-ci ilə kimi Azərbaycan Universitetinin Hüquq kafedrasının müəllimi,
1998-ci ildən 1999-cu ilin aprel ayına qədər Qərb Universitetinin Hüquq kafedrasının müəllimi vəzifəsində işləyib.
1999-cu ilin aprel ayının 17-də Gəncə şəhəri Nizami RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.
Həqiqi hərbi xidmətini Bakı şəhərində Azərbaycan Respublikası İxtisaslaşdırılmış Hərbi Prokurorluğun mühafizə bölməsində manqa komandiri, çavuş rütbəsində çəkib.
2000-ci ilin may ayının 12-də Azərbaycan Respublikası Müdafiə Nazirinin 16.03.2000-ci il 81№-li əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb.
2000-ci ilin sentyabr ayının 1-dən 29.09.2003-cü ilə kimi Moskva Dövlət Açıq Universitetinin Bakı filialının Hüquq kafedrasının və Dağıstan Dövlət Universitetinin Bakı filialının Hüquq kafedrasının baş müəllimi vəzifəsində işləyib. Eyni zamanda, Bakı Biznes Universitetinin Hüquq kafedrasının müəllimi vəzifəsində çalışıb.
2003-ci ilin oktyabr ayının 1-dən 02.06.2008-ci ilə kimi “Azbentonit” MMC-nin hüquq şöbəsinin müdiri vəzifəsində,
2008-ci ilin may ayının 5-dən 06.01.2009-cu ilə kimi “Bank of Azerbaijan” ASC-nin 1-ci dərəcəli hüquqşünası,
01.03.2009-cu ildən-15.01.2014-cü ilə kimi “Saloğlu” fərdi firmasının hüquq məsləhətçisi,
01.03.2009-cu ildən - 17.01.2017-ci ilə kimi əczaçılıq şirkəti “Velga” MMC-nin hüquq
məsləhətçisi,
01.03.2009-cu ildən-17.01.2017-ci ilə kimi “AVİQ” Mənzil Tikinti Kooperativinin hüquq məsləhətçisi,
19.05.2014-cü ildən – 31.08.2017-ci ilə kimi “Arterium” Korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquq məsləhətçisi,
01.09.2017-ci ildən – 31.10.2018-ci ilə kimi “Avromed Company” QSC-nin hüquq məsləhətçisi,
12.12.2017-ci ildən – 03.12.2018-ci ilə kimi “MG Consulting” MMC-nin hüquq məsləhətçisi,
01.11.2018-ci ildən – 01.07.2019-cu ilə kimi “Pharmed” MMC-nin Azərbaycan
Respublikasındakı Nümayəndəliyinin hüquq məsləhətçisi,.
01.05.2019-cu ildən – 04.07.2019-cu ilə kimi “Evro İnşaat” Mənzil-Tikinti Kooperativinin hüquqşünası vəzifələrində işləyib.
01.08.2019-cu ildən “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin hüquqşünası vəzifəsində çalışır.
03.12.2007-ci il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür -
Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilidir.
Subaydır.
Biz də dəyərli soydaşımız, tanınmış hüquqşünas və vəkil Natiq Məmmədova
şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..
Zemfira BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.