Müfti Hacı Salman Əfəndi (1958)

Müfti Hacı Salman Əfəndi  (1958)Müfti Hacı Salman Musa oğlu Musayev - 1958-ci ildə qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dumanisi rayonundakı Hamamlı kəndində fəhlə aləsində doğulub.

1977-ci ildə Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb mədrəsəsini, 1982-ci ildə Daşkənd İslam İnistutunu və 1986-cı ildə Liviyadakı «İslama dəvət» Universitetinin ilahiyyat fakültəsini bitirib.

Əvvəlcə Tbilisi "Cümə" məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində referant vəzifəsini icra edib.

Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi
sədrininn birinci müavini
təyin edilib.

1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə
Qafqaz müsəlmanlarının XI Müftisi seçilib.
Dəfələrlə Məkkə ziyarətində olan Müfti Hacı Salman Əfəndi hazırda da elə həmin vəzifədədir.

Müfti Hacı Salman Əfəndi müsəlmanlar arasında böyük hörmətə malikdir.
Dünyanın əksər müsəlman ölkələrində keçirilən ali məclislərin iştirakçısı olub.
Qazandığı hörmət və nüfuzuna görə, uzun müddət "Hacı Əcdərbəy" məscidinin imam-xətib vəzifəsi ona həvalə olunub.

2002-ci ildə Gürcüstan Respublikasının «Şərəf» ordeni ilə təltif olunub.

Biz də Hacı Salman Əfəndiyə uğurlar arzulayırıq!..

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: