(Professor Bağbanov Məcid Alı oğlunun ad gününə)
Ağsaqqal olsa da, sadə dolanır,
Yaşayan adların biridi Məcid.
Cavanlıq sevdası gəzir başında
Böyük alimlərin piridi Məcid.
Gündəlik söhbətlər çox şirin keçir,
Ən arif adamdı hər şeyi seçir,
Özü deyib ancaq saf suyu içir,
Mənəm deyənlərdən diridi Məcid.
Bayramın istəyi üzümüz gülsün,
Dünyaya yayılıb, tanınıb bilsin,
Nələri saxlayıb, nələri silsin,
Elmi kəşfləriylə iridi Məcid.
Bayram Qaralov
24.04.2022
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.