Bayram Qaralov: "ŞAHİN"

Bayram Qaralov: "ŞAHİN" Respublika Diaqnostika Mərkəzinin
şöbə müdiri, invaziv kardioloq,
tibb elmləri namizədi Şahin Xəlilova


Əməliyyat otağı hazır olanda
Özünü vaxtında yetirdi Şahin.
Desə də, bir iynə vuracam sənə -
Damara üç stend ötürdü Şahin.

Ürəklə çalışıb qurtardı işi,
Sildi könüllərdən qorxu-təşvişi.
Allah, yada saldım bütün keçmişi,
Məni cüt oğluma yetirdi Şahin.

Bayramın ürəyi ritmini qurdu,
Qalxdı, yıxılmadı, ayaqda durdu.
Xeyirli işlərə əlini vurdu,
Bir həyat ağacı bitirdi Şahin.

Bayram QARALOV,
27 oktyabr 2022-ci il.

ZiM.Az



Bayram Qaralov: "ŞAHİN"


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: