Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib ALLAH RƏHMƏT ELƏSİN...

Gürcüstanın azərbaycanlılar yaşayan
qədim Borçalı mahalındakı
sazlı-sözlü Başkeçid elinin
sayılıb-seçilən oğullarından olan
dəyərli soydaşımız,
tanınmış memar və xeyirxah iş adamı
TEYMUR BƏKİR OĞLU QARALOV
2 Yanvar 2023-cü ildə
doğma Başkeçid rayonunda
dünyasını dəyişmişdir.


O, 1954-cü ildə qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində, Borçalıda tanınmış ziyalı, xeyirxah insan, daima xalqımızın hüquqlarını qorumuş Bəkir Səməd oğlu Qaralovun ailəsində anadan olmuşdur.

Başkeçid (indiki Dmanisi) orta məktəbini bitirdikdən sonra, Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) Memarlıq Fakultəsini bitirmişdir.

Uzun müddət Bakı şəhərində, öz ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmışdır.

Sonralar dədə-baba yurdu Başkeçiddə sahibkar iş adamı kimi fəaliyyət göstərmişdir.

İşlədiyi dövrdə xalqımıza-elimizə lazımı olan köməklikləri etmişdir.

O, müdrik el ağsaqqalı olmaqla yanaşı, istiqanlı, vətənpərvər, xalqını-elini sevən, təmiz ürəkli, şirin dilli, gözəl insan idi.

Bütün Borçalı əsilli soydaşlarımız adından
Teymur Bəkir oğlu Qaralovun vəfatından
kədərləndiyimizi bildirir, mərhumun ailəsinə,
bütün doğmalarına, xüsusilə də
oğlu Bəkir Qaralova,
qardaşları Zakir, Tahir və Hamlet Qaralovlara,
eləcə də bütün qohumlarına və yaxınlarına
dərin hüznlə başsağlığı veririk.

Bildiririk ki, Teymur Bəkir oğlu Qaralovun əziz xatirəsi,
onu tanıyan və sevən insanların qəlbində
əbədi olaraq yaşayacaqdır.
,
Allah ona rəhmət eləsin.
Ruhu şad, məkanı cənnət olsun. Amin.


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: