RÜSTƏM MƏMMƏDOV (1924-1987)

RÜSTƏM MƏMMƏDOV  (1924-1987) Unutsaq, unudularıq!..

Rüstəm Məmmədov - 1924-cü ildə qədim Borçalı mahalının Başkeçid bölgəsinin (indiki Gürcüstanın Dmanisi rayonunun) Səfərli kəndində ruhani ailəsində anadan olmuşdur. 1941-ci ildə qonşuluqdakı Hamamlı kənd orta məktəbini bitirmişdir. Həmin il 2-ci dünya müharibəsi başlamış, Sovet hökuməti dörd bacının tək qardaşı olan Rüstəmi ailəsinin əlindən alıb cəbhəyə apar-mışdır. Döyüş zamanı göstərdiyi igid¬liyə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdür. Döyüşdə on yeddi güllə yarası aldığına görə vaxtından əvvəl tərxis olunmuşdur.
Rüstəm Məmmədov çox savadlı olduğu üçün ordudan qa-yıdan kimi onu maarif şöbəsi məktəbə müəllim təyin etmişdir.
Rüstəm Məmmədov məktəbdə işləyə-uşləyə Bakı Dövlət Pedaqoji İnstitutunun Biologiya fakultəsində təhsilini davam etdirmişdir.
Onun kənd uşaqlarının maariflənməsində böyük əməyi olmuşdur. O, təqaüdə çıxana qədər məktəbdə direktor, dərs hissə müdiri və məktəbin ilk partiya təşkilatının katıbi vəzifələrində çalışmışdır. El arasında böyük hörmət və nüfuza malik olan Rüstəm müəllimin övladları da, nəvələri də ali və orta ixtisas təhsillidir. Rəfael – Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, Aslan – Azərbaycan Dövlət Universitetini, Süleyman və Şamxəlil – Azərbaycan İnşaat Mühəndisləri Universitetini Tükəzban - Bakı Tibb Texnikumunu bitirmişlər. İbrahimxəlil və Mirvari yaxşı oxusalarda təhsillırini davam etməmişlər.

Rüstəm müəllim haqqın, ədalətin tərafdarı idi. Düzgünlüyü sevərdi. Elin-obanın saf, qüdrətli, hörmətli olanları ilə fəxr edərdi.
Özü II dünya müharibəsinin Qazi Qəhrəmanıydı. Onun adını daşıyan nəvəsi Rüstəm Şamxəlil oğlu isə II Qarabağ savaşının Qazi Qəhrəmanıdır.
Allah Rüstəm müəllimə rəhmət etsin. Nəvəsi Rüstəmə və digər nəvələrinə möhkəm can sağlığı nəsib eyləsin.


Sevgül SƏFƏRLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: