ŞAHƏLİ YUSUBOV (1960-2019)

ŞAHƏLİ YUSUBOV  (1960-2019) Şahəli Səməd oğlu Yusubov - 1960-cı ildə qədim Borçalı mahalının Başkeçid bölgəsinin Səfərli kəndində dünyaya gəlib.
1966-cı ildə birinci sinifə gedib. Səfərli məktəbinin fəxri şagirdlərindən biri olub. Məktəbin rayon üzrə idman yarışlarında iştirak edib, komandasını həmişə birinci yerə çıxarıb. Futbol həvəskarıydı. Çox güclü şahmatçıydı. Oyun zamanı Şahəlinin hər hansı bir görüşdə rəqibinə uduzduğu qeydə alınmamışdır. Bütün fənnlərdən əla qiymətlər alardı. Amma riyaziyyatı daha güclü idi.

1976-1977-ci ilin məzunu Şahəli Səməd oğlu, həmin ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji kəşfiyyat fakultəsinə daxil olub. 1982-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. Onu ali məktəbdə saxlamaq istəsələr də, öz xahişi ilə təyinatını Kazaxstan SSR-nin Karakanda şəhərinə alıb. Geoloji kəşfiyyat İnstitutunda rəis işləyib.

Şahəli Səməd oğlu haqqında vaxtilə orta məktəbdə riyaziyyat müəllimi, eyni zamanda sinif rəhbəri olmuş Tavat Ziyəddin oğlunun söylədikləri:
- "Məktəbimizdə öz balam kimi xətrini istədiyim şagirdlərim çoxdu, amma mənim üçün Şahəli bir başqaydı. Onu daha çox istəyirdim. Yaxşı şagirdlərimin hamısı bir yana, mənim üçün Şahəli bir yanaydı, ağıllı, təmkinli, tərbiyəli, savadlı və sadəydi."
Bəli! Tavad müəllim haqlıdı. O, Şahəli Səməd oğlu haqqında vaxtilə söylədiklərini elə indi də təkrar edir...

Həqiqətən də Şahəli Səməd oğlu gözəl insan idi. Onunla yol gedən yorulmazdı. Qonşu olan inciməzdi, Qohum olan yanılmazdı - timsalında bir insan idi. Dəcəl dostlarının, nadinc yoldaşlarının arasında böyüsə də, onun bircə dəfə də olsa uşaqlarla mübabisə etdiyini görən olmadı. Ömründə bir insan qəlbini titrədəcək, küsdürəcək bir kəlmə söz çıxmadı dilindən. Bir gülün ləçə-yini qopartmadı. Bir quşa daş atmadı, yuvasına belə toxunmadı. O, sanki bir saflıq, mərhəmət aşiqi idi. Yüksək mənəviyyatın, daxili tərbiyənin əsiri olan bir şəxsiyyət idi. Şahəli Səməd oğlu kimi insanların Vətənindən ayrılıb uzaqlara getməsini, qərib-liklərdə parlamasının tam əlehinəyəm. Çünki belə insanlar öz millətinin, xalqının gözü önündə yaşamalıdır. Gənclərə örnək olmalıdır.

Kəndimizin dəyərli oğlu Şahəli Səmədoğlu Qazax qızı Zəmzəgül xanımla ailə həyatı qurmuşdu. İki övladı dünyaya gəlmişdi: biri qız, biri oğlan.
Qızı Sinə xanım Kazaxstan Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. 7 dildə sərbəst danışa bilir. Onu da atası Şahəli kimi İns-titutda saxlamaq istəyiblər. Lakin o, istəməyib, ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. Allah xoşbəxt etsin.

Oğlu İsmayıl isə təəssüflər olsun ki, 10-cu sinifdə olanda vəfat edib. Allah rəhmət eləsin.

Oğlunun vaxtsız vəfatı Şahəli Səməd oğluna olduqca pis təsir etmiş, o fikirdən, demək olar ki, üzülmüş, zəifləmiş, elə buna buna görə də 2019-cu ildə zamanın ən ağır xəstəliyinə tab gətirməmiş və dünyasını dəyişmişdir. Allah rəhmət eləsin. Məkanı cən-nət olsun. Amin.

Sevgül Səfərli,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: