"Ziya" qəzetinin və "Zim.Az" saytının
baş redaktoru Müşfiq Borçalı
keçmiş tələbə yoldaşı və hazırkı həmkarı,
istedadlı qələm sahibi, şair-jurnalist
Murtuz Fərhadoğluna,
atası
El ağsaqqalı,
tanınmış müəllim
FƏRHAD MUSAYEVin
vəfatından kədərləndiyini bildirir
və dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!..
baş redaktoru Müşfiq Borçalı
keçmiş tələbə yoldaşı və hazırkı həmkarı,
istedadlı qələm sahibi, şair-jurnalist
Murtuz Fərhadoğluna,
atası
El ağsaqqalı,
tanınmış müəllim
FƏRHAD MUSAYEVin
vəfatından kədərləndiyini bildirir
və dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!..
FƏRHAD BƏXTİYAR OĞLU MƏMMƏDOV
(1945)
Fərhad Bəxtiyar oğlu Məmmədov 1945-ci ildə
qədim Borçalı mahalının Başkeçid rayonunundakı
(indiki Gürcüstanın Dmanisi rayonu)
Qizil-Kilsə kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən (1963-cü il) sonra bir neçə il Rustavi şəhərində "Rustavqaz" zavodunda fəklə, çilingər işləmişdir.
1968-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun "İbtidai təhsil metodikasi və pedoqogikasi" fakültəsinə daxil olmuşdur.
Müxtəlif illərdə Başkeçid rayonunun Qizil Hacili, Qəmərli,
Qizil-Kilsə, Dunus kənd orta məktəblərində müəllim işləmişdir.
F.Məmmədov idmanla da yaxindan məşğul olmuşdur.
Voleybol üzrə idman ustası idi.
Dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur.
Ömrünün 37 ilini şagirlərinə həsr edən Fərhad müəllim
2005-ci ildə səhhəti ilə əlaqədar sevdiyi sənətindən və doğma kəndindən uzaqlaşmağa məcbur olmuş, Bakı şəhərinə köçmüşdür. 3 övladı var.
Fərhad Bəxtiyar oğlu Məmmədov 2016-cı il yanvarın 2-də vəfat etmiş və Bakıdakı “Binə” kənd qəbristanlığında
dəfn olunmuşdur. Allah rəhmət eləsin!..
(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2016, səh. 315)
Fərhad Musayev və
Murtuz Fərhadoğlu.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.