Dəyərli eloğlumuz, çox hörmətli ziyalı, vətənpərvər, yudsevər və xeyirxah insan, təcrübəli hərbçi, Azərbaycanın müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov 19 dekabr 2023-cü ildə Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, ürək çatışmazlığından dünyasını dəyişmiş, dekabrın 20-də Bakı Şəhərindəki Bakıxanov qəbristanlığında dəfn olunmuşdur...
Mehman Əmirxan oğlu Səlimov – 1955-ci il avqustun 12-də Ulu Borçalımızın qədim və gözəl Başkeçid elində, indiki Gür-cüstan Respublikasının Dmanisi rayonundakı Qızıl-Kilsə kən-dində anadan olmuşdur.
1962-ci ildə Dmanisi rayonunun 1 saylı rus orta məktəbinin I sinfinə daxil olmuş, 1973-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
1974-cü ildə Donetsk Ali Siyasi Hərbi məktəbinə daxil olmuş və 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə Akademiyanı bitirmişdir.
1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində - Gümrüdəki hərbi hissədə tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
1990-1991-ci illərdə motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır.
Mehman Səlimov 1992-ci ildə Bakıya gəlmiş, Azərbaycan Silahlı qüvvələrinə könüllü daxil olmuşdur.
1992-ci ilin 26 yanvarından sentyabr ayına qədər müdafiə nazirinin köməkçisi – şəxsi heyyətlə iş idarəsinin rəisi vəzifəsində xidmət etmişdir.
15 sentyabr 1992-ci ildən mart ayına qədər döyüş zonasına ezam olmuş və hərbi hissəyə komandanlıq edərək Ağdərə-Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik etmişdir.
1993-cü ilin mart ayından 1993-cü ilin noyabr ayına qədər Azərbaycan Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işləmişdir.
1994-cü ilin yanvar ayından 172 saylı hərbi hissə komandirinin şəxsi heyyəti üzrə müavini vəzifəsinə təyin olunmuşdur, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak etmişdir.
1994-cü il 5 oktyabrda Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gəncə şəhərində Dövlət çevrilişi cəhdinin qarşısının alınmasında rəhbərlik etdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
1995-ci il 22 martdan-1995-ci il 26 aprelə qədər Müdafiə Nazirliyinin şəxsi heyyətlə iş idarəsinin rəis müavini olmuşdur.
1995-ci il mart hadisələrinin qarşısının alınmasında fəal iştirak etdiyinə görə vaxtından əvvəl Polkovnik hərbi rütbəsi ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 1995-ci il iyun ayında Müdafiə Nazirinin müavini - hərbi siyasi idarəsinin rəisi təyin edilmişdir.
O, Müdafiə Nazirinin müavini vəzifəsində xidmət edərkən müdafiə nazirliyinin mətbuat xidmətinə və “Azərbaycan Ordusu” qəzetinə rəhbərlik etmişdir.
Polkovnik Mehman Səlimov 1999-cu ilin iyul ayında Müdafiə Nazirinin müavini, hərbi siyasi idarəsinin rəisi vəzifənin ixtisarı ilə əlaqədar olaraq Azərbaycan ordusundan tərxis olunmuş və Hərbi təqaüdə çıxmışdır.
1999-cu il sentyabr ayından ehtiyatda olan zabitlərin konfederasiyasına üzv olmuş, 2000-ci ilin dekabr ayından Ehtiyatda olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlıq İctimai Birliyinin sədri seçilmiş və 2001-ci ilin mart ayından Qeyri-Hökumət Təşkilat Forumunun üzvü qəbul edilmişdir.
Mehman Səlimov 2000-ci ilin yanvar ayından “Az-Media” analitik informasiya agentliyinin direktoru vəzifəsində çalışmışdır.
Polkovnik Mehman Səlimov 19 dekabr 2023-cü ildə Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, ürək çatışmazlığından dünyasını dəyişmiş, dekabrın 20-də Bakı Şəhərindəki Bakıxanov qəbristanlığında dəfn olunmuşdur...
Biz də bir daha dəyərli eloğlumuz, çox hörmətli ziyalı, vətənpərvər, yudsevər və xeyirxah insan, təcrübəli hərbçi, Azərbaycanın müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, bütün kollektiimiz adından mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Polkovnik Mehman Səlimovun əziz xatirəsi daim və əbədi olaraq hamımızın qəlbimizdə yaşayacaq!..
Allah rəhmət eləsin!
Ruhun həmişə şad, Məkanın cənnət olsun!..
Müşfiq BORÇALI,
AYB-nin və AJB-nin üzvü,
“Ziya” qəzetinin baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru
ZiM.Az
.