QAMIŞLI

QAMIŞLI QAMIŞLI QAMIŞLI QAMIŞLI Məktəbimizin görkəmli müəllimi,
Vətənimizin hər qarışını,
hər saniyəsini sevən,
incə sənətə dəyər verən,
xalqımızın
mənafeyini sevən
dəyərli nümayəndəsi
NƏBİ ƏBDÜRRƏHMANOVun
"QAMIŞLI" şeirini
oxucularımıza
təqdim edirəm.

Elmuraz KÖÇƏRİ.


Dağlarında bitən otlar
Min bir dərdə dərman olar,
Bulaqların əl dondurar
Yay olanda ,ay Qamışlı!

Dörd tərəfin dağ-meşədir,
Hər addımın bənövşədir,
Oylaqların bir nəşədir,
Olmaz sənə tay,Qamışlı!

Qonaqlığın elə sığmaz,
Söz-söhbətin dilə sığmaz,
Havaların telə sığmaz,
Umar səndən hay,Qamışlı!

"Yurd" hər səhər salam deyər,
Günəş çıxar-üzü gülər,
"Daşlı təpə" sinə gərər
Hər ötən qış-yay, Qamışlı!

Soy adındır Qazax eli,
Ovladlarin sirin dilli,
Varlığın bizə təsəlli,
Hər addımın pay, Qamışlı!

Bulaqların qonaq gözlər,
Əmlik əti şirin-şəkər,
Həsrətini Nəbi çəkər,
Son məkanım, ay Qamışlı!



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: