Mayor SƏLİMXAN ƏHMƏDOV
(1949)
(1949)
Səlimxan Kərim oğlu Əhmədov 1949-cu il dekabr ayının 15-də qədim Başkeçiddə, indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Yuxarı Qarabulaq kəndində anadan olmuşdur.
1965-ci ildə Yuxarı Qarabulaq 8 illik məktəbini, 1967-ci ildə Bolnisi rayonundakı Darvaz kənd orta məktəbini bitirmişdir.
1968-1970-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 1971-ci ilin avqustundan etibarən Tbilisi şəhərində Gürcüstan SSR Daxili İşlər Nazirlinin nəzarətçisi işləmişdir. 1972-1974-cü illərdə Vladimir Şəhərində SSSRİ Daxili İşlər Nazirliyinin xüsusi məktəbində rəhbər kadrların hazırlığı kursunun tərkibində təhsilini davam etdirmişdir.
S.Əhmədov 1974-1983-cü illərdə Tbilisi şəhərindəki Təcridxanada rəis müavinin köməkçisi, 1983-1985-ci illərdə dəstə rəisi vəzifələrində xidmət etmişdir. 1985-1986-cı illərdə Marneuli şəhərində məhbusların yaşayış lagerində xidmətini davam etdirmiş, 1986-1988-ci illərdə elə həmin lagerdə xüsusi hissədə baş təlimatçı vəzifəsinə irəli çəkilmiş, həmin lager ləğv edildikdən sonra 1988-1992-ci illərdə Rustavi şəhərində ciddi rejimlə işləyən məhbuslar kaloniyasında nəzarətçi usta vəzifəsində çalışmışdır. Bir sözlə, o, düz 21 il Gürcüstan SSR DİN orqanlarında xidmət etmişdir.
XX əsrin 90-ci illərində Borçalıda baş vermiş məlum hadissələrdən sonra bir çox soydaşlarımız kimi, o da öz doğma yurd-yuvasından ayrılıb Azərbaycana köçməyə məcbur olmuşdur.
Səlmxan Əhmədov Azərbaycana gələn kimi könüllü olaraq Milli Orduya yazılmışdır.
O, 1992-1996-cı illərdə Bakı şəhərindəki N saylı hərbi hissədə texniki hissə üzrə hərbi hissə komandirinin müavini vəzifəsində çalışmış, mayor hərbi rütbəsinə layiq görülmüş, sonra isə 1996-1997-ci illərdə hərbi hissə komandiri vəzifəsindəı şərəflə xidmət etmişdir.
Səlimxan Əhmədov 1997-ci ilin 2 fevralından etibarən isə təqaüddədir.
(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". Bakı, II cild, 2015, səh. 104-105)
P.S.: Fürsətdən istifadə edərək, Səlimxan Əhmədovu Ad günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür və möhkəm cansağlığı arzulayırıq!...
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.