dostumuz-qardaşımız,
tanınmış publisist,
çox hörmətli
saz-söz bilicisi
Həmid Ormanlının
Ad günüdür!.
Həmidi ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı
və yeni-yeni uğurlar
arzulayırıq!..
Həmid Bayram oğlu Qaralov 1982-ci il yanvarın 15-də qədim Borçalı mahalının Başkeçid adlanan əsrarəngiz gözəl cənnət bir məkanında - indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Ormeşən kəndində anadan olub.
Azərbaycan Texniki Universitetində texnaloji sənaye maşınları və avadanlıqları mühəndisi ixtisasına yiyələnib (1998-2002).
2002-2003-cü illərdə hərbi xidmət borcunu şərəflə yerinə yetirib.
2004-cü ildə ARDNŞ-nin “Azərneftyağ” Neft
Emalı Zavodunda
nəzarətçi vəzifəsinə işə düzəlib və qısa vaxt ərzində
nəzarətçilərin növbə rəisi vəzifəsinədək yüksəlib.
Hazırda mexanik vəzifəsində çalışır.
Saza-sözə dəyər verən, sazın-sözün vurğunu olan Həmid Ormanlı
həm də bu qədim el sənətinin bilicisi kimi tanınır.
1997-ci ildən mütəmadi olaraq dövrü mətbuat orqanlarında poetik və publisistik yazılarla çıxış edir.
O, həm də 2007-ci ildən “Bakı-Ceyhan” qəzetinin Baş redaktorudur.
(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. III cild. Bakı, "Borçalı", 2016, səh. 739)
.