TƏBRİK EDİRİK, VİDADİ SƏLİMOV!..

TƏBRİK EDİRİK, VİDADİ SƏLİMOV!..REDAKSİYAMIZIN ARXİVİNDƏN:

TƏBRİK EDİRİK!..

VİDADİ SƏLİMOV

(1959)


Vidadi Əmirxan oğlu Səlimov 18 may 1959-cu ildə
qədim Borçalı mahalının
əsrarəngiz təbiət gözəlliyi ilə
məşhur olan
Başkeçid bölgəsində,
indiki Gürcüstanın
Dmanisi rayonundakı
Qızıl-Kilsə kəndində
anadan olmuşdur.
O, 1977-ci ildə Marneuli şəhərindəki rus orta məktəbini bitirmiş və
buradakı “Sekaşviri” ərzaq kombinatında fəhlə kimi
əmək fəaliyyətinə başlamışdır.

Vidadi Səlimov 1980-1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1983-1989-cu illərdə Marneuli şəhərindəki 70 saylı orta-texniki peşə məktəbində istehsalat təlimi ustası kimi fəaliyyət güstərmişdir. O, 1987-ci ildə Rusiyanın Omsk şəhərində Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir.

1990-cı ildən fəaliyyətini Bakıda davam etdirən Vidadi Səlimov əvvəlcə Bakıxanov qəsəbəsi xalq deputatları sovetinin icraiyyə komitəsində hərbi müvəkkil, birinci dərəcəli müfəttiş, 1992-1996-cı illərdə sədrin müavini, 1996-1997-ci illərdə isə Sabunzu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində çalışmışdır.

Vidadi Səlimov 1997-ci ildə Sabunçu rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, bir az sonra isə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə irəli çəkilmişdir. Bir müddət bu vəzifədə çalışdıqdan sonra o, yenidən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi təyin olunmuşdur və hazırda da bu vəzifədə fəaliyyətini davam etdirir.

Vidadi Əmirxan oğlu Səlimov anadan olmasının 55 illik Yubileyi günlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2014-cü il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Biz də Vidadi Səlimovu anadan olmasının 55 illik Yubileyi münasibətilə və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayırıq!..

“Şərqin səsi” qəzeti,
iyun, 2014.

(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid", II cild. Bakı, 2015)





.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: