(1981)
Sahil Zahid oğlu Həmidov 1981-ci ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Şindilər kəndində anadan olmuşdur.
1998-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin fakültənin bakalavr pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
Sahil Həmidov 2003-2006-cı illərdə BDU-nun “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-də laborant, 2006-2009-cu illərdə BDU-nun “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-də baş laborant, 2007-ci ildən BDU-nun “Gənc istedadlar” liseyində müəllim işləmişdir.
2009-cu ildən BDU-nun “Analitik kimya” kafedrasında müəllim vəzifəsində çalışır.
O, 2007-ci ildə “Polibutadien və malein anhidridi-stirol sopolimeri əsasında alınmış sorbentlərlə Cd(II), Zn(II) və U(VI) ionlarının sorbsiya tarazlığının tədqiqi və analitik tətbiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, 2008-ci ildə AAK tərəfindən ona 02.00.02 - Analitik kimya ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Elmi pedaqoji fəaliyyəti 60-dan çox elmi əsərdə öz əksini tapmışdır. O cümlədən, 2 müəlliflik şəhadətnaməsi var və tərcümə etdiyi 1 çap olunmuşdur.
Sahil Həmidov hazırda “Malein anhidridi - stirol sopolimerinin formaldehid iştirakında müxtəlif aminlərlə modifikasiyasından alınmış sorbentlərlə bir sıra ağır metal ionlarının sorbsiya tarazlığının tədqiqi və bu ionların müxtəlif təbii və sənaye obyektlərində qatılaşdırılaraq təyini metodikalarının işlənilməsi” sahəsində elmi tədqiqat işlərini davam etdirir.
Biz də gənc alimə yeni-yeni uğurlar arzulayırıq!
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.275-276).
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.