AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..
Bu gün əziz və çox hörmətli ziyalımız -
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Şərqin səsi" qəzetinin şöbə müdiri,
"Abdulla Şaiq" və "Qızıl Qələm" mükafatları laureatı
Əlləz Ormeşənlinin Ad günüdür!..

Əlləz müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və
yeni-yeni uğurlar arzulayırıq!..

Əlləz Nəbi oğlu Vəliyev 13 fevral 1952-ci ildə
Ulu Borçalıda, qədim Başkeçid (indiki Dmanisi)
rayonundakı Ormeşən kəndində anadan olmuşdur.

1966-ci ildə Ormeşən 8 illik məktəbi,
1968-ci ildə Darvaz orta məktəbini,
1971-ci ildə Ağdam Kənd Təsərrüfatı
Texnikumunun meşəçilik fakültəsini bitirmişdir.

Uzun müddət Ormeşən meşəçiliyində
müxtəlif vəzifələrdə işləmişdir.

O, işlədiyi müddətdə doğma elinə, təbiətə,
o, yerlərin insanlarına daha çox bağlanmışdır.


AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..Bu məhəbbətin təzahürü olaraq
“Borçalıda qədim Ormeşən eli” kitabını yazmışdır.

Bu kitaba görə müəllif “Qızıl Qələm” mükafatı laureatı
adına layiq görülmüşdür.

“Xalqa – elə məhəbbətin bəhrəsi” toplusu
müəllifin ikinci, meşəçilər haqqında yazmış olduğu
“Təbiətdə izi qalan meşəçilər” kitabı üçüncü,
“Meşə Təsərrüfatının görkəmli təşkilatçısı və
dövlət xadimi Mehdi Mustafayev-100”
kitabı isə
dördüncü kitabıdır.

Əlləz Ormeşənlinin yazmış olduğu kitablar həm tarixi,
həm də mənəvi baxımdan çox qiymətli olduğuna görə,
Azərbaycan Respublikasında tanınmış ziyallar tərəfindən
rəğbətlə qarşılanmışdır.


AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..
Onun kitablarını oxuduqca müəllifin təkcə meşə təsərrüfatı işçisi olmaqla, onun coğrafiyaçı, tarixçi,
dilçi, ədəbiyyatcı, hətta təbiətin dilini yaxından bilən bioloq və nahayət, yorulmaz bir səyyah olmadığına şübhə edirsən.

Əlləz müəllim əsl mənada əməksevər,
yurdsevər, əsl Borçalı balasıdır.
Bax elə buna görə də o,
"Abdulla Şaiq" mükafatı ilə
təltif olunub.
Eşq olsun Borçalıya da,
qədir bilən və
Borçalıların adını şərəflə daşıyan
Borçalı ziyalılarına da!
Əlləz müəllim siz də
bu şərəfə layiq ziyalısınız!..

MÜŞFİQ BORÇALI,
ZiM.A.



AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!.. AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..












TƏBRİK EDRİK,
ÇOX HÖRMƏTLİ
ƏLLƏZ ORMEŞƏNLİ!..


AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!.. AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..












ZiM.Az
.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: