Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir təşkil edib

Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir təşkil edib Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir təşkil edib Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir təşkil edib2017-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Batumidəki Baş konsulluğu tərəfindən Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Rəşad İsmayılov çıxış edərək 20 Yanvar faciəsinin səbəbi və nəticələri haqqında ətraflı məlumat verib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilib. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq, yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib.

Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib. Günahkarların cəzalandırılmasını tələb edən Ulu Öndər qanlı qırğına etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxdığını bəyan edib.

Tədbirdə Baş konsulluğun əməkdaşları, Acariya Muxtar Respublikasının tanınmış ictimai siyasi xadimlərı, elm və incəsənət adamları, Batumi Dövlət Universitetinin müəllimləri, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Anım mərasimində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş sənədli film nümayiş olunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: