BDU-da “Hisslərini rənglərlə ifadə et” rəsm sərgisi keçirildi

BDU-da “Hisslərini rənglərlə ifadə et” rəsm sərgisi keçirildi BDU-da “Hisslərini rənglərlə ifadə et” rəsm sərgisi keçirildi BDU-da “Hisslərini rənglərlə ifadə et” rəsm sərgisi keçirildiBDU-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin “Hisslərini rənglərlə ifadə et” adlı rəsm sərgisinin açılışı olub.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, sərginin açılışdan öncə tələbələri salamlayan BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov universitet tələbə həmkarlar təşkilatının reallaşdırdığı tələbə yaradıcılığına dəstək xarakteri daşıyan çoxsaylı layihələrdən söz açıb.

O bildirib ki, bu tip tədbirlər yaradıcı tələbələrin cəmiyyətə təqdim olunmasında, onlar arasında sağlam rəqabətin yaradılmasında, mövcud bacarıqlarının inkişafında mühüm əhəmiyyət kəsb edir.
Qaydaya əsasən, sərgiyə baxmağa gələn tələbələr əsərləri seyr etdikdən sonra bəyəndiyi yalnız 1 əsərin adını yazıb sərginin çıxışında olan qutuya salmaqla səsvermədə iştirak edə biləcək.

Ən çox səs toplamış 3 əsərin müəllifi pul mükafatı əldə edə biləcək.
Bütün iştirakçılara uğurlar arzulayan komitə sədri sərginin açılışını bildirən rəmzi qırmızı lenti kəsərək sərgini açıq elan edib.
Sözügedən sərgi 2 gün ərzində tələbələrinin baxışı üçün açıq olacaq.

Aytac MƏDƏDLİ,
BDU-nun hüquq fakültəsinin
II kurs tələbəsi.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: