Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub

Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunubProfessor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub 2019-cu il oktyabrın 10-da Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin
təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Keçmişimizə ehtiram gələcəyimiz üçün təcrübə qaynağıdır” layihəsi çərçivəsində
Beynəlxalq
Mətbuat Mərkəzində
xalqımızın dəyərli ziyalısı,
sevimli el ağsaqqalı,
tanınmış ədəbiyyatşünas alim, təcrübəli qələm sahibi, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, Gürcüstan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Respublikasının
Qabaqcıl təhsil işçisi,
"Tərəqqi" medallı
professor Həmid Vəliyevin
anadan olmasının
80 illiyinə həsr olunmuş tədbir və yubilyarın Azərbaycan Dövlət Universitetinin 100 illiyinə həsr etdiyi "Ömür dedikləri..." kitabının təqdimatı keçirilib.


ZiM.Az xəbər verir ki,
tədbiri Ahıl Jurnalistlər Məclisinin sədri
Məzahir Süleymanzadə
açaraq, Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun salamını və təbrikini yubilyara çatdırib və ona Mətbuat Şurasının diplomunu təqdim edib.

Həmid Vəliyevə həmçinin
Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi verilib.

Tanınmış qələm sahibləri professor Nəsir Əhmədli, Tahir Aydınoğlu, Adil Cəmil, Müşfiq Borçalı, Sabir Sadaxlı,
Namiq Əhmədov
və başqaları çıxış edərək Həmid Vəliyevin mənalı ömür yolundan danışıblar,
onun zəngin yaradıcılığından, elmi axtarışlarından, gənc jurnalistlər nəslinin yetişməsi istiqamətindəki əvəzsiz xidmətlərindən söz açıblar, təqdimatı keçirilən və yubilyarın öz həyatından bəhs olunan "Ömür dedikləri..." kitabını yüksək dəyərləndiriblər, müəllifi ürəkdən təbrik ediblər və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Bildirilib ki, Borçalı mahalının Sadaxlı kəndində anadan olan Həmid Vəliyev ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın,
400-ə yaxın elmi və elmi-publisistik məqalənin, “Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində” monoqrafiyasının, “Dünya informasiya agentlikləri”, “Beynəlxalq jurnalist təşkilatları” adlı dərs vəsaitlərinin, “Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyinin, “Mark Tven jurnalist kimi” kitabının müəllifidir. Elmi əsərləri Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər yerlərdə çap olunub.

Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə edib və kitab 1993-cü ildə kütləvi tirajla çap olunub.

Qeyd edilib ki, Həmid Vəliyev jurnalist kimi də müxtəlif mətbuat orqanlarında çalışıb. O, həm Azərbaycan, həm də Gürcüstan mətbuatında öz imzası ilə tanınan qələm sahiblərindəndir. Elə bu səbəbdən də, H.Vəliyev hər iki ölkənin mətbuatının inkişafında xüsusi xidmətlərinə görə bir çox mükafatlara layiq görülüb.

Diqqətə çatdırılıb ki, o, 1992-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbərliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilib, 3 nəfər doktorantın elmi rəhbəri olub.

Axırda Həmid Vəliyev çıxış edərək Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə və bütün tədbir iştirakçılarına göstərilən qayğı və diqqətə görə öz minnətdarlığını bildirib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: