AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir.
Növbəti belə tədbir
2019-cu il noyabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU-da) keçirilib.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Yubiley tədbiri BDU-nun
50 illiyi münasibətilə yazılan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlanıb.


Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev qonaqları salamladıqdan sonra Bakı Dövlət Universitetinin keçdiyi tarixi
yol barədə məlumat verib.

Rektor Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb.

Ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu
və əhəmiyyətini yüksək qiymətləndirib, onu Azərbaycan xalqının sərvəti adlandırıb.
Rektor özünün də Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladıb.
Qeyd edib ki, hazırda Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətinin 163 nəfəri məhz Bakı Dövlət Uniuversitetinin məzunudur.
Rektor Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu xüsusi vurğulayıb.
Bu gün keçirilən yubiley tədbirinin Azərbaycan Texniki Universiteti ilə Bakı Dövlət Universiteti arasında
gələcək əməkdaşlığın genişləndirilməsi üçün qarşıya müəyyən vəzifələr qoyacağını qeyd edib.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubiley tədbirinin təşkilinə görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə təşəkkür edib.
Rektor BDU-nun keçdiyi 100 illik şərəfli yoldan danışıb. Elçin Babayev Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı imzaladığı mühüm sərəncamları diqqətə çatdırıb.
Bildirib ki, universitetin 100 illik yubileyinin Parisdə qeyd olunması Azərbaycan təhsilinə və elminə verilən böyük diqqətdir.
Rektor Bakı Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığın yeni mərhələnin əsasının qoyulduğunu da diqqətə çatdırıb.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə AzTU-nun “Kimya” kafedrasının müdiri, professor
Elman Məmmədov
Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar.

Tədbirdə Azərbaycan Texniki Universitetində çalışan və Bakı Dövlət Universitetinin məzunu olmuş 163 professor-müəllim heyəti adından
BDU-ya xatirə hədiyyəsi təqdim olunub.

Yubiley tədbiri bədii hissə ilə davam edib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: