Təbrik edirik, YAŞAR ÖMƏROV!..

Təbrik edirik, YAŞAR ÖMƏROV!..

Bu gün
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
sektor müdiri,
biologiya üzrə
fəlsəfə doktoru,
BDU-nun dosenti
Yaşar Ömərovun
ad günüdür!..

Çox hörmətli
Yaşar müəllimi
Ad günü münasibətilə
ürəkdən təbrik edirik!..

Ona uzun ömür,
möhkəm cansağlığı,
elmi-pedaqoji və
ictimai fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!...

Müşfiq BORÇALI.



Təbrik edirik, YAŞAR ÖMƏROV!.. Yaşar Adil oğlu Ömərov - 1 dekabr 1977-ci il Bakı şəhərində anadan olub.
1984-1994-cü illərdə Bakı şəhər 52 nömrəli orta məktəbində təhsil alıb.
1995-ci ildə BDU-nun Biologiya fakültəsinə daxil olub və 1999-cu ildə həmin fakültənin Biokimya ixtisası üzrə bakalavr pilləsini bitirib.
1999-cu ildə Biologiya fakültəsinin magistratura pilləsində təhsilini davam etdirib.
Həmin il BDU-nun Biokimya və biotexnologiya kafedrasında laborant kimi fəaliyyətə başlayıb.
2001-cil ildə BDU-nun aspiranturasına daxil olub.
2007–ci ildə “Alma meyvələrinin fosfofruktokinazasının öyrənilməsi və onun meyvələrin yetişmə prosesində rolu” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib.
2002-ci ildən - baş laborant, 2005-ci ildən isə - laboratoriya müdiri vəzifələrində çalışıb.
2008-ci ildən Biokimya və Biotexnologiya kafedrasında müəllim, 2010-cu ildən isə Biologiya fakültəsinin dekan müavini vəzifəsində işləyib.
"Qida məhsullarının saxlanılması biokimyası" (mühazirə), "Molekular biologiya" (mühazirə), "Hematologiya" (mühazirə) və "İmmunologiya" (seminar) fənlərini tədris edib, Böyük İxtisas Təcrübəsinə rəhbərlik edib.

2014-cü ildə Təhsil Nazirliyində məsul vəzifəyə irəli çəkilib.

Hazırda Təhsil Nazirliyinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində çalışır.

20-dən çox elmi əsərin və 1 dərs vəsaitinin müəllifidir.

Ailəlidir. 2 övladı vardır.

ZiM.Az

Təbrik edirik, YAŞAR ÖMƏROV!..
.








.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: