BDU magistrantları müsabiqə qalibi olublar

BDU magistrantları müsabiqə qalibi olublar "Beynəlxalq Həbsxana İslahatları" (PRİ) təşkilatının "Vaxtından əvvəl şərti azadlığa buraxılma üzrə Komissiyanın və Penitensiar xidmətin Azərbaycanda məhbusların azad edilməsinə hazırlıq təcrübəsi" adlı dəyirmi masası keçirilib.

Beynəlxalq ekspertlərin və BDU-nun hüquq fakültəsinin müəllimlərinin də iştirak etdiyi dəyirmi masada müzakirə edilən mövzuya uyğun olaraq tələbə oçerkləri qiymətləndirilib.

BDU-nun hüquq fakültəsinin magistrantları - Leyla Səlimova, Mələk ƏliyevaLeyla Cəlilova müsabiqənin 1-ci, 2-ci və 3-cü yerlərini bölüşüblər.

Qalibləri təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..

Aytac MƏDƏDLİ,
BDU-nun hüquq fakültəsinin
II kurs tələbəsi.




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: