BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib Bu gün Bakı Dövlət Universitetində
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.


Tədbiri açan BDU-nun rektoru,
akademik Abel Məhərrəmov
ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən bəhs edib.
Qeyd edib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.
Bu gün ölkəmiz prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, uğurlara imza atır.
Azərbaycanın qazandığı müvəffəqiyyətlər, qüdrətli bir dövlətə çevrilməsi isə hər birimizi sevindirir.
Odur ki, bundan sonra da hamımız həmrəy olmalı, dövlətimiz və dövlətçiliyimizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq.
Bu tarixin qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən rektor Abel Məhərrəmov bayramlar münasibəti ilə bütün xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.

Daha sonra jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyevtarix fakültəsinin dosenti Nuru Məmmədovun çıxışları dinlənilib.

Mətbuat və informasiya şöbəsi,
29 dekabr 2015
.




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: