Azərbaycanlı alim Rusiyada Xəzər dənizinin rekreasiya zonasının ekoloji-gigiyenik, mikrobioloji xarakteristikası ilə bağlı çıxış edib

Azərbaycanlı alim Rusiyada Xəzər dənizinin rekreasiya zonasının ekoloji-gigiyenik, mikrobioloji xarakteristikası ilə bağlı çıxış edib Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Coğrafiya və geoekalogiya: elm, təcrübə və təhsilin problemləri” mövzusunda elmi-praktik konfransda iştirak edib.

O, “Xəzər dənizinin rekreasiya zonasının ekoloji-gigiyenik, mikrobioloji xarakteristikası və onun bərpası yolları” mövzusunda məzuzə ilə çıxış edib.

Abşeron yarımadasının və Xəzər dənizinin mikrobioloji xarakteristikası barədə məlumat verən P.Muradov sahil zolağının ekoloji cəhətdən yaxşılaşdırılması ilə bağlı əldə olunan nəticələrin əhəmiyyətini qeyd edib. O, digər ölkələrin ərazilərində olan sahələrin qorunub saxlanılması istiqamətində Xəzəryanı ölkələrin birgə elmi tədqiqat işləri aparmasının vacibliyini diqqətə çatdırıb.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: