Fiziologiya İnstitutunun direktoru, b.ü.e.d. Ulduz Həşimova rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib.
Görüşdə hər iki ölkənin elmi təşkilatları arasında, həmçinin Belarus Herontoloji İctimai Birliyi ilə yeni yaranan Azərbaycan Herontoloji Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Elmi əməkdaşlığın əsas istiqamətləri kimi qocalma proseslərinin, uzunömürlülərdə ürək-damar və sinir sistemləri vəziyyətinin tədqiqi, zəfəranın heroprotektor effektinin fizioloji, biokimyəvi və kliniki baxımdan kompleks şəkildə öyrənilməsi, onun potensial proandrogen xassələrinin üzə çıxarılması və fitoandrogen kimi preventiv heriatriyada – antiqocalma təbabətində istifadəsi sahələri nəzərdə tutulub.
Tərəflər, həmçinin Herontologiya və Heriatriya Beynəlxalq Assosiasiyasının 2017-ci ildə ABŞ-da keçiriləcək konqresi çərçivəsində uzunömürlülük problemləri üzrə xüsusi seksiyanın hazırlanmasına dair razılığa gəliblər.
Belarus alimləri ilə AMEA-nın Alimlər Evində görüş də keçirilib. Biologiya və Tibb Elmləri Bölməsinin əməkdaşlarının və tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə prof. A.N.İlnitskinin “Qocalma və tibb müasir dünyada” mövzusunda məruzəsi dinlənilib.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.