Biologiya problemləri üzrə elmi şuranın növbəti iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın növbəti iclası keçirilib Biologiya problemləri üzrə elmi şuranın növbəti iclası keçirilib 2016-cı il Oktyabrın 27-də AMEA-nın Respublika
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya problemləri üzrə elmi şurasının növbəti iclası keçirilib.


Tədbiri giriş sözü ilə şuranın sədr müavini, akademik İradə xanım Hüseynova açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

İclasda “Fiziki-kimyəvi biologiya”, “Botanika”, “Zoologiya” “İnsan və heyvan fiziologiyası” seksiyaları üzrə dissertasiya mövzularının geniş müzakirəsi aparılıb.

Tədbirdə “Fiziki-kimyəvi biologiya” seksiyası üzrə 1 elmi işin mövzusu redaktə olunmaqla təsdiq edilib, həmçinin “Zoologiya” seksiyası üzrə 1 elmlər və 5 fəlsəfə doktoru, “Botanika” seksiyası üzrə 4, “Fiziologiya” seksiyası üzrə isə 1 fəlsəfə doktoru dissertasiyasının mövzusu təsdiqlənib. Bəzi dissertasiya mövzuları isə müəyyən səbəblərdən təsdiq edilməyib və müraciət edənlərə müvafiq tövsiyələr verilib.

Müzakirələrdə AMEA-nın müxbir üzvləri Validə Əlizadə, Maqsud Qurbanov, İlham Ələkbərov, Elşad Qurbanov, biologiya üzrə elmlər doktorları Ulduz Həşimova, Səftər Süleymanov, Zəkəriyyə Məmmədov, Səyyarə İbadullayeva, Mehman Axundov, Canbaxış Nəcəfov, Arif Mehdiyev, biologiya üzrə fəlsəfə doktorları Şəhriyar Bayramov və Ələmdar Məmmədov iştirak ediblər.


/
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: