Azərbaycanlı mikrobioloq alim Rusiyada keçirilən tədbirdə texnogen təsirə məruz qalmış torpaqlarla bağlı çıxış edib

Azərbaycanlı mikrobioloq alim Rusiyada keçirilən tədbirdə texnogen təsirə məruz qalmış torpaqlarla bağlı çıxış edib AMEA Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov Rusiyanın Moskva şəhərində keçirilən ”Bioloji və kimyəvi ekologiyanın aktual problemləri” mövzusunda elmi-praktiki beynəlxalq konfransda ölkəmizi təmsil edib.

Konfransda “Azərbaycan şəraitində texnogen təsirə məruz qalmış torpaqların mikosistemlərinin növ tərkibinin kəmiyyət və keyfiyyət dəyişiklikləri” mövzusunda məzuzə ilə çıxış edən alim texnogen təsirə məruz qalmış torpaqların insan sağlamlığına, ətraf mühitə və torpaqların münbitlik xassələrinə zərərli təsirindən bəhs edib. O, müxtəlif kimyəvi birləşmələrdən ağır metal birləşmələrinin, radiaktiv maddələrin, məişət tullantılarının torpaqda toplanması prosesinə nəzarətin vacibliyini diqqətə çatdırıb.

AMEA-nın müxbir üzvü Pənah Muradov ZiM.Az-ın əmakdaşına Rusiyaya son səfərinin təəssüratları haqqında məlumat verərkən, Moskvada keçirilmiş elmi-praktiki beynəlxalq konfransı yüksək qiymətləndirib və bildirib ki, bu cür tədbirlər istər emin inkişafı baxımından, istərsə də ölkələr arasında əlaqələrin genişlənməsi və möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.

Aysel MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: