
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) Biologiya, Tibb, Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası, Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə
Elmi Şuralarının Biologiya
və Tibb Elmləri Bölməsi
(BTEB) ilə birgə
Ümumi yığıncağı
keçirilib.

Elektron informasiya şöbəsinin rəis müavini
Nərgiz Qəhramanova
ZiM.Az-a bildirib ki,
ümumi yığıncağı
giriş sözü ilə
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açıb, iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.


Tədbirdə Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası problemləri üzrə
Elmi Şuranın sədri,
AMEA-nın müxbir üzvü
Zeynal Əkpərov çıxış edərək Rəyasət Heyətinin iclasında akademik Əhliman Əmiraslanovun “Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” adlı məruzəsini xatırladıb.
Bildirib ki, məruzə ilə bağlı AMEA-nın Rəyasət Heyətinin qərarında qeyd olunan perspektiv istiqamətlər
BTEB-in gələcək fəaliyyəti üçün əsas kimi qəbul edilib.

Qeyd edilib ki, bölmənin fəaliyyətinin əsası olacaq
üç elmi istiqamət seçilib,
yeni problemlər və mövzular müəyyənləşdirilərkən bu istiqamətlərin nəzərə alınması tədqiqat institutlarına tövsiyə edilib.
Daha sonra AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru,
akademik İradə Hüseynova 2016-cı ildə BTEB-in elmi müəssisələrində aparılmış
tədqiqatların bölmənin illik hesabatına daxil ediləcək ən mühüm nəticələri barədə məlumat verib.
Nəticələr geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.
AMEA-nın müxbir üzvü Nuru Bayramov əlaqələndirmə işinin təkmilləşdirilməsində elektron elmin rolundan danışıb, BTEB-in və problem şuralarının saytları ilə bağlı məlumat verib.
Sonda problem şuraları ilə bölmənin birgə iclaslarının mütəmadi olaraq keçirilməsi tövsiyə olunub.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.