AMEA-nın müxbir üzvü Validə Əlizadə Türkiyədə elmi ezamiyyətdə olacaq

AMEA-nın müxbir üzvü Validə Əlizadə Türkiyədə elmi ezamiyyətdə olacaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə xanım Əlizadə
2017-ci il yanvarın 28-dən
fevralın 4-dək Türkiyənin
Antalya şəhərində
elmi ezamiyyətdə olacaq.


AMEA-dan ZiM.Az-a bildiriblər ki, səfərdə məqsəd UNEP, UNESCO, FAO və UNDP-in himayəsi altında yaradılmış Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası Elmi-Siyasi Platforma tərəfindən regional qiymətləndirmə çərçivəsində keçiriləcək sənədləşmə işlərinin aparılması üzrə növbəti işçi toplantısında aparıcı ekspert kimi iştirak etməkdir.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: