AMEA-nın müxbir üzvü Validə Əlizadə Türkiyədə IPBES-in toplantısında iştirak edib

AMEA-nın müxbir üzvü Validə Əlizadə Türkiyədə IPBES-in toplantısında iştirak edib AMEA Botanika İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
Validə xanım Əlizadə
Türkiyənin Antalya şəhərində elmi ezamiyyətdə olub.


AMEA-nın müxbir üzvü
Validə xanım Əlizadə
UNEP, UNESCO, FAO və UNDP-in himayəsi altında yaradılmış Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası Elmi-Siyasi Platforma (IPBES) tərəfindən regional qiymətləndirmə çərçivəsində keçiriləcək sənədləşmə işlərinin aparılması üzrə növbəti işçi toplantısında aparıcı ekspert kimi iştirak edib.

IPBES-in əsas fəaliyyət istiqamətləri regional və subregional səviyyələrdə biomüxtəliflik, ekosistem funksiyaları və ekosistem xidmətləri sahəsində elm-siyasət qarşılıqlı əlaqəsinin gücləndirilməsidir. Qiymətləndirilmələr, potensial kritik nöqtələr, əks-əlaqə və uzlaşmanın vurğulanması yolu daxil olmaqla insan və təbiət arasında qarşılıqlı münasibətə dair bilik səviyyəsini təhlil etməyə imkan verəcək.

Qeyd edək ki, V.Əlizadə Avropa və Mərkəzi Asiya regionları üçün biomüxtəliflik və ekosistem xidmətlərinin qiymətləndirilməsi üzrə 3 il müddətində (2015-2017) IPBES-in aparıcı eksperti kimi fəaliyyət göstərəcəkdir.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: