AMEA Zoologiya İnstitutunun Quru onurğalılar laboratoriyasının kiçik elmi işçisi Sevinc Adilxan qızı Saruxanova Alman Akademik Mübadilə Proqramının (DAAD) elmi tədqiqat təqaüdünü qazanmışdır.
Proqram müddətində Sevinc Saruxanova Almaniyanın Humboldt Universitenin professor heyəti ilə birlikdə “Cənubi Qafqazda ceyranın (Gazella subgutturosa) əlverişli yaşayış ərazilərinin və təbii yayılması üçün dəhlizlərin modelləşdirilməsi” mövzusunda tədqiqat işləri aparacaqdır.
Gənc alimimiz Sevinc Saruxanovaya elmi fəaliyyətinə uğurlar arzulayırıq!.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.