3-18 yaşlı uşaqların istedad və bacarıqlarının üzə çıxarılması, onlarda elmə qarşı maraq yaratmaq və artırmaq məqsədilə yeni addım atılıb.
Bu məqsədlə AMEA Zoologiya İnstitutunun təşəbbüsü ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Ümid Yeri” sığınacaq evində “Uşaqların Ümid Yeri” adlı tədbir keçirilib.
AMEA Zoologiya İnstitutunun direktoru
Elman Yusifovun rəhbərliyi ilə həyata keçirilən tədbir çərçivəsində institut əməkdaşları uşaqların bilik yarışlarına cəlb olunmaları üçün maraqlı intellektual oyunlar təşkil ediblər. Uşaqların intellektual və mədəni inkişafına təkan verən bu yarışlarda fərqlənənlər institut tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
AMEA Zoologiya İnstitutundan ZiM.Az-a bildiriblər ki, tədbirin bədii hissəsində aktyorlar və musiqiçilər uşaqları əyləndiriblər. Tədbirdə "Ümid Yeri” sığınacaq evinin uşaqları, kollektivi institut əməkdaşlarının hazırladığı, təqdim etdiyi müxtəlif növ milli və xarici mətbəxə aid təamlara qonaq oldular.
Tədbirdə AMEA Zoologiya İnstitutunun direktoru
Elman Yusifov, ümumi işlər üzrə direktor müavini Ərşad Cəlilov, Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d. Barat Əhmədov, Kadrlar şöbəsinin müdiri Xuraman Novruzlu, İnformasiya və innovasiya şöbəsinin müdiri Şahzadə Mədətova, ümumi şöbənin müdiri İlahə Bağırova və digər əməkdaşlar fəal iştirak etdilər.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.