AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB 2017-ci il İyulun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib.
Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.


AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, əvvəlcə akademik Əhliman Əmiraslanov Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Eldar Novruzovun 75 illik, Zoologiya İnstitutunun Teriologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qiyas Quliyevin 70 illik və AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Fəxrəddin Əskərovun 80 illik yubileyləri münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanını və gül dəstələri təqdim edib. Yubilyarları bölmənin həqiqi və müxbir üzvləri adından təbrik edən akademik-katib onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Büro iclasının gündəliyini iştirakçıların diqqətinə çatdıran akademik Əhliman Əmiraslanov ilk olaraq elmi-təşkilati məsələlərə toxunub. AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2017-ci ilin I yarımilliyində elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair məruzə ilə çıxış edən akademik elmi-tədqiqat müəssisələrindən gələn hesabatların qəbul olunduğunu və dəyərləndirildiyini bildirib. Elmi müəssisələrdə həyata keçirilən layihələrdən danışan akademik Əhliman Əmiraslanov bölmə üzrə qrantların alınmasından, impakt faktorlu jurnallarda dərc olunan məqalələrdən, eləcə də institutlar üzrə aparılan tədqiqat işlərinin səviyyəsindən bəhs edib.

İclasın sonunda bir sıra kadr məsələlərindən də danışılıb.

Aysel MƏDƏDLİ,
ZiM.Az


.


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: