AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI

AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI 2017-ci il Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında A.İ.Qarayev adına Fiziologiya İnstitutunun
50 illiyinə həsr olunmuş "Fiziologiya və insan sağlamlığı" mövzusunda Azərbaycan fizioloqlarının
V Qurultayı öz işinə başlayıb.


AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki,
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan fizioloqlarının V Qurultayı Fiziologiya İnstitutunun yaranmasının 50 illiyinə həsr edilib. Qurultayın əsas mövzusunun "Fiziologiya və insan sağlamlığı" olduğunu deyən AMEA rəhbəri tədbirdə Respublikanın akademik qurumları və universitet kafedralarında çalışan fizioloqlarla yanaşı, Rusiya, Gürcüstan, Belarus və İranın fiziologiya sahəsində tanınmış alim və gənc tədqiqatçılarının da iştirak etdiyini diqqətə çatdırıb.

Akademik vurğulayıb ki, Azərbaycanda fiziologiya məktəbinin formalaşması 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis olunmasından sonra başlayıb. Universitetin Tibb fakültəsində ilk fizologiya kafedrası rus fizioloqu, Pavlovun tələbəsi İ.S.Tsitoviçin rəhbərliyi ilə yaradılıb. Qeyd edib ki, 1930-1940-cı illərdə Azərbaycan Tibb İnstitutunda, Azərbaycan Pedaqoji İnstitutunda fiziologiya kafedraları, Kurortologiya və Eksperimental Təbabət elmi-tədqiqat institutlarında ilk eksperimental fiziologiya laboratoriyaları təsis edilib. Fiziologiya İnstitutunun SSRİ Nazirlər Sovetinin və Azərbaycan hökumətinin müvafiq qərarı ilə Azərbaycan Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən Fiziologiya sektorunun əsasında yaradıldığını söyləyən AMEA prezidenti İnstitutun təsisində və formalaşmasında ilk direktoru akademik Abdulla Qarayevin mühüm rolunun olduğunu vurğulayıb. Akademik Akif Əlizadə yubiley münasibətilə İnstitutun kollektivini təbrik edib və qurultay iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.

AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI Sonra Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin Prezidenti, biologiya üzrə elmlər doktoru, professor
Ulduz Həşimova "Fiziologiya elmi Azərbaycanda: yaranma tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri"
adlı məruzə ilə çıxış edib.
Azərbaycanda fiziologiya elminin yaranması və inkişafından danışan alim ötən əsrin birinci yarısında Respublikanın ali təhsil müəssisələrində, xüsusilə də Bakı Dövlət Universitetində, Tibb, Pedaqoji, Kənd Təsərrüfatı institutlarında, Kurortologiya və Fizioterapiya Elmi-Təd­qi­qat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Eksperimental təbabət İnstitutu nəzdin­də fiziologiya profilli kafedralar təşkil olunduğunu bildirib. Ulduz Həşimova qeyd edib ki, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyası sistemində görkəmli fizioloq-alim akademik Abdulla Qarayevin təşəbbüsü ilə yaradılmış Fizio­­logiya İnstitutunun fəaliyyəti xüsusilə diqqətəlayiqdir.

Natiq respublikada fizioloji tədqiqatları koordinasiya edən və kadrlar hazırlayan elmi mərkəz kimi İnstitutun elmi-təşkilati fəaliyyəti haqqında da danışıb. Bildirib ki, fiziologiyanın inkişa­fının müasir mərhələsi biotəbabət istiqaməti ilə xarakterizə olunur. İnstitutun elmi temetikası bütövlükdə herontologiya, ekoloqo-morfoloji və neyrofiziologiya sahə­sində aparılan tədqiqatlara yönəldilib, qocalmanın fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beynəlxalq səviyyədə həyata keçirilməkdə olan kompleks tibbi-bioloji tədqiqatlar Proqramı işlənib hazırlanıb. U.Həşimova, məruzəsində həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetində fizioloji tədqiqatların durumu və perspektivlərinə də toxunub.

AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI Tədbirdə çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Qurultayın fiziologiyanın müasir problemləri ətrafında qarşılıqlı anlaşma, gələcək birgə tədqiqatlar üçün imkanlar yaradacağına inamını ifadə edib.

Qurultayın əsas mövzusunun fiziologiya və insan sağlamlığı olduğunu deyən akademik fiziologiyanın tibbin nəzəriyyəsi olduğunu vurğulayıb: "Hələ böyük rus fizioloqu İvan Petroviç Pavlov demişdir ki, fiziologiyanı tibbdən ayırmaq olmaz; fiziologiyanın nailiyyətləri daima tibbdə istifadə olunur, tibb isə öz növbəsində fiziologiya elmi üçün çox qiymətli materiallar verir. Müxtəlif xəstəliklər zamanı orqanizmdə baş verən fuksional pozulmaları başa düşmək, onların düzgün müalicə yollarını təyin etmək üçün hökmən normal, sağlam insanlarda gedən fizioloji prosesləri bilmək lazımdır. İnsanın müxtəlif xəstəliklərinin öyrənilməsi isə bir çox normal fizioloji proseslərin mexanizmlərinin aydınlaşdırılmasına və orqanların funksiyalarının başa düşülməsinə gətirir".

Akademik Əhliman Əmiraslanov Fiziologiya İnstitutunun AMEA tərəfindən qəbul edilmiş biologiya və tibb elmləri sahəsində insan sağlamlığının qorunması və rifahının yüksəldilməsinə xidmət edən prioritet elmi-tədqiqat istiqamətləri kimi yeni çağırışlar qarşısında olduğunu söyləyib. Natiq bildirib ki, İnstitutun uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının öyrənilməsi, neyrodegenerativ xəstəliklərin neyrofizioloji və digər innovativ metodlarla tədqiqi, ekoloji faktorların fizioloji-toksikoloji təsiri sahələrində həyata keçirilən və təklif edilən layihələrinin yeni prioritetlərin işlənməsində müvəffəqiyyətlər qazanılacağına imkan yaradacaq. Bölmə rəhbəri Fiziologiya İnstitutunun yaranmasının 50 illik yubileyi münasibəti ilə İnstitutun kollektivini təbrik edib və tədbir iştirakçılarına uğurlar arzulayıb.
AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI
Daha sonra Rusiya Elmlər Akademiyasının müxbir üzvü, P.K.Anoxin adına Normal Fiziologiya Elmi-tədqiqat İnstitutunun direktoru, professor Sergey Sudakov, İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru D.K.Nadareişvili və digərləri çıxış ediblər.

Qurultay fasilədən sonra öz işini plenar iclaslarda davam etdirib.

Tədbir oktyabrın 11-dək davam edib.


Aysel MƏDƏDLİ,
ZiM.Az





.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: