TƏBRİK EDİRİK!..
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF)
“Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində keçirilən
“2016-cı ilin alimi” müsabiqəsinin 8 qalibindən biri AMEA Botanika İnstitutunun Bitkilərin fizioloji ekologiyası laboratoriyasının müdiri,
biologiya üzrə fəlsəfə doktoru Esmira xanım Əlirzayevadır.
E.Əlirzayeva 2016-cı ildə göstərdiyi uğurlu elmi fəaliyyəti, yüksək impakt faktorlu jurnallarda dərc olunmuş elmi məqalələri və elmi işlərinə istinad edilən alim kimi EİF tərəfindən müəyyənləşdirilərək beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilib və mükafatlandırılıb.
Biz də Esmira Əlirzayevanı ürəkdən təbrik edir, ona elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.