AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ YAPONİYADA TƏQAÜD PROQRAMİNİ BİTİRİB

AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ YAPONİYADA TƏQAÜD PROQRAMİNİ BİTİRİBAMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ YAPONİYADA TƏQAÜD PROQRAMİNİ BİTİRİB AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ YAPONİYADA TƏQAÜD PROQRAMİNİ BİTİRİB AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ YAPONİYADA TƏQAÜD PROQRAMİNİ BİTİRİB AMEA Botanika İnstitutunun gənc mütəxəssisi, k.e.i. Lamiyə Abbasova
1 noyabr 2016-cı ildən
31 oktyabr 2017-ci ilədək
Yaponiyanın Tsu şəhərində yerləşən Mie Universitetində elmi ezamiyyətdə olub.


Ezamiyyət Yaponiyanın
Osaka şəhərində yerləşən Fermentasiya İnstitutunun (Institute of Fermentation, Osaka, IFO) xarici tələbələr üçün təşkil etdityi təqaud proqramı çərçivəsində baş tutub.

L.Abbasova Mie Universitetinin “Bitki Patologiyası” laboratoriyasında Prof. Susumu Takamatsunun rəhbərliyi altında “Ağac bitkiləri üzərində yayılan unlu şeh göbələklərinin tədqiqatı və taksonomik statusu şübhəli bəzi növlərin təyin olunması” layihəsi üzrə tədqiqatlar aparıb.

Son illər ərzində Azərbaycanın müxtəlif regionlarından toplanılmış yeni herbari nümunələri, həmçinin Yaponiyanın müxtəlif ərazilərindən toplanılmış və Mie Universitetinin mikoloji herbarisində saxlanılan herbari nümunələri morfoloji və molekulyar üsullarla araşdırılıb və identifikasiya edilib.

Azərbaycan üçün yeni unlu şeh növləri və bu göbələklər üçün yeni sahib bitkilər müəyyən edilib.

Herbari nümunələri həm Mie Universitetin (TSU-MUMH), həm də AMEA Botanika İnstitutunun mikoloji herbarisinə (MH), sekvens məlumatları isə Yaponiyanın DNT məlumat bazasına (DDBJ; DNA Data Base of Japan) depozit edilmişdir.

Aysel MƏDƏDLİ,
ZiM.AZ



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: