




Amerikalı alim institutun laboratoriyaları və aparılan elmi-tədqiqat işləri ilə tanış olmuşdur.
Struktur Biologiyası sahəsində tanınmış mütəxəssis olan alimin iştirakı ilə zülalların quruluş problemləri və kristalloqrafiyadan istifadə etməklə müasir dərman preparatlarının kəşfi mövzusunda seminar keçirilmişdir.
Çıxışı institutun əməkdaşları tərəfindən böyük maraqla qarşılanan professor Faiq Musayev verilən sualları cavablandırmışdır.
Sonda institutun direktoru akademik İradə Hüseynova qonağa öz təşəkkürünü bildirmiş və belə görüşlərin, xüsusilə gənclər üçün böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.